Hər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdə

Hər bir peşə gözəldir, Elxan Hüseynov kimi rektorlar olan yerdə
  • 30-09-2021, 22:36
  • 27 dəfə oxunub
Reklam

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ilin yayından başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət etmişdir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur.

Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycanda məktəblərin 90 faizindən çoxu və universitetlərin hamısı kompyuter və digər informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təchiz edilmişdir. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Artıq respublikada 20 şagirdə bir kompyuter nisbəti həll edilmişdir.

Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də ümummilli lider Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Bu sırada orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.

Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf ede bilməz.” – deyən Ulu Öndərin təhsilin prioritet vəzifələrini ifadə edən bu sözləri böyük uzaqgörənliklə Azərbaycanın bu günündən parlaq gələcəyinə ünvanlanmışdır. Bu gələcəyi təmin etmək, Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür.Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və rolu vardır. Bu gün təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 55 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Həmin gündən etibarən Sumqayıtın sosial-mədəni həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyuldu.

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov belə insanlardandır.
Yeganə insandır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Elxan müəllim söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Mümkün və sona qədər səhv yol tutan birini başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətinin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsilə də rektora ünvanlaya bilərlər.

Respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da, Sumqayıt Dövlət Universitetində xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə tələbələrin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilib. Bütün ixtisaslar daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

Hüseynov Elxan Bahadur oğlu 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Gəncə şəhər 18 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent, 2015-ci ildə professor elmi adı almışdır.
1995-ci ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini vəzifələrində çalışmışdır.
1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərmişdir.
1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin I prorektoru – Tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
08.08.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuş və 15 yanvar 2010-cu ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir.
2010-2011-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
2013-cü ildən Təhsil nazirinin müşaviri vəzifəsində çalışmışdır.
06.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Azərbaycan−Rusiya Universitetləri Assosiasiyasının həmsədridir (Azərbaycan tərəfdən).
Mükafatları: "Tərəqqi" medalı (11.02.2000-ci il), - "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı (24.07.2009-cu il), "Şöhrət" ordeni (22.12.2017-ci il).

Sumqayıt Dövlət Universitetini və onun rəhbərliyinin fəaliyyətinin gözdən salınması, nüfuzuna xələl gətirilməsi məqsədilə böhtan xarakterli silsilə yazılar verilmişdir. Bununla əlaqədar bildiririk ki, verilmiş yazılar həqiqəti əks etdirmir, real faktlara əsaslanmır.
Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Elxan Hüseynovun bir neçə vaxtdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Elxan Hüseynovu qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Elxan Hüseynov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edir. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Bütün bu göstəricilər onu təsdiq edir ki, həqiqətən də Sumqayıt Dövlət Universitetində tədris və təlim çox yüksək səviyyədə təşkil edilib. Tələbələr dərs deyən müəllimlər mütəmadi olaraq təhsildəki yenilikləri və müasir texnologiyaları çox bacarıqla dərs zamanı tətbiq edirlər.Çünki indiki tələbə zəngin informasiya texnologiyasının əhatəsindədi. Bu mənada tələbələrdə kitaba, elmə həvəs yaratmaq üçün ən müasir metodlardan istifadə edirik.

Hər bir vətən övladının kamil, xoşbəxt yaşaması naminə xoş əməllərə dönüb ürəklərə yağması özünəməxsus mənəviyyat fəlsəfəsindən irəli gəlir.Elxan müəllim öz işini ürəklə görməklə bərabər, imkan tapan kimi hamıya yaxşılıq edir, özü də elə ayların, illərin astanasında yaxşılıq gözündə ucalır.Bütün bu bəşəri, ülvi dəyərlərlə zaman-zaman doğma yurda, insanlara sevgi nümunəsi olan səmərəli, şərəfli bir həyat yolu yaşayır.Daxili aləmi gözəldir, cəmiyyətdə gördükləri də buna bənzəyir.Bir də canında, qanında el məhəbbətini gəzdirən nurlu şəxsiyyət şərdən-xətadan uzaq sevdalı dünyası vardır.Kim ki, haqq naminə bu dünyanın təmənnasız hərarətinə tapınır xoşbəxtlik özü gəlir onu tapır.Azərbaycanın işıqlı gələcəyinə, elə üstündə gəzdiyi torpağın taleyinə yönələn ilk uğurlarına ürəkdən sevinir, bütün eşqini, məhəbbətini uşaq yaşlarında müqəddəsliyinə vurulan müəllim peşəsinə verir. Müəllim adını, şərəfini hər şeydən uca tutmaqla xalqının mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurur.

Elxan Hüseynov sənətini ürəkdən sevən, ona dəyər verən, daim öyrənən və öyrətməyi bacaran təcrübəli dosent, professordur. İnsanlığın zinəti sayılan saf, ülvi dəyərləri parlaq xarakterində cəmləyən bu vətən sevdalı Azərbaycan ziyalısı özünü biləndən elə həyat yolunu xoş arzular üzrə qurmuşdur.Üzərinə düşən vəzifənin məsuliyyətini çox yaxşı bilir.Tələbələrə sonsuz sevgi göstərdiyi üçün onlar da öz direktorlarını böyük məhəbbətlə sevirlər.
Əslən, qəlbən, ruhən müəllim olan yüksək zəkası, istedadı, əxlaqi dəyərləri Elxan müəllimə ən etibarlı yardımçı durur.Gözünün nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi əridən Elxan müəllim istər müəllim heyəti istər tələbə istərsə də rayon cammatı tərəfindən sevilir, sayılır.

Elxan müəllimin elmə, təhsilə bağlılığı ailəsində də özünü göstərir. Yorulmadan doğma vətəninin tərəqqisi naminə çalışan, fəaliyyətində müstəqil Azərbaycanımıza dəyərli töhfə verən, yaşatmaq eşqi ilə cəmiyyətin gözündə ucalan, qəlblərdə isti yuva quran dosent, professor Elxan Hüseynov hər zaman hər kəs tərəfindən sevilir.

Xoş təbiəti, nəcib, mehriban xisləti dünyada ən müqəddəs peşə sayılan müəllimliyi ona gözəl yaraşdırır. Elə ziyalılıq da bu alicənab insanın daxili aləmində, mənəviyyatındadır.Məhz buna görə də Elxan müəllimin tərbiyə verməyə təhsil sahəsində rəhbərlik kimi fəaliyyət göstərməyə mənəvi hüququ böyükdür.

Elxan Hüseynovun rəhbərlik etdiyi Sumqayıt Dövlət Universitetində daim müəllimlərin və tələbələrin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Elxan müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Elxan müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.Neftçala sakinləri : Mənim polisim məni qoruyur. Vətən oğlu Vüsal ŞəbəndiyevDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və xəsarət alanlar varAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaqBrilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilibAzərbaycan Prezidenti: "Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq"Azərbaycan lideri: "Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik"Deputat: “İran Azərbaycanla dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir”Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilibAli Məhkəmə hakimlərə məhkəmə binalarında maska taxmağı tapşırıbOna etibar edilən bütün işlərdə Şahin Şirinov özünü doğruldubSumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbi əmin əllərdədir.Avstriya kanslerinin ofisində və partiyasında axtarışlar aparılıb“3-cü mikrorayon” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqMüvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideyni tapılıb, izahatı alınıbBaş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib"Qaçqınkom": "Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək"Azərbaycanda vaksin pasportu olmayan şəxslərin cinayət işinə videokonfrans vasitəsilə baxılacaqErmənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından istifadə edə biləcəkAzərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edirMilli Məclisin oktyabrda keçiriləcək iclaslarının vaxtı açıqlanıb