Müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideyni tapılıb, izahatı alınıb

Müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideyni tapılıb, izahatı alınıb
  • 7-10-2021, 00:14
  • 10 dəfə oxunub
Reklam

Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri tapılıb.

Bunu "Report"a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, azyaşlının atası övladına sahib çıxmaq üçün onun yerləşdirildiyi sığınacağa müraciət edib və bundan sonra o, Dövlət Komitəsinə yönləndirilib.

Dövlət Komitəsinə dəvət olunan valideynin izahatı alınıb və onunla psixoloji söhbət aparılıb. O, övladına sahib çıxmaq niyyətində olduğunu bildirib və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib.

Dövlət Komitəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaların aparılmasına başlanılıb.

Araşdırmaların nəticəsinə uyğun olaraq azyaşlının atasına təhvil verilib-verilməyəcəyi ilə bağlı qərar qəbul ediləcək.

“Hətta azyaşlı atasına təhvil verilsə də, ailə Dövlət Komitəsinin nəzarətində olacaq. Ümid edirik ki, gələcəkdə bu kimi hallar baş verməyəcək”.

Xatırladaq ki, bir neçə gün öncə 2 yaşlı uşağın valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verildiyi barədə məlumatlar yayılıb. Qeyd olunub ki, sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. Məsələ ilə bağlı Dövlət Komitəsi digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparırdı.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.Neftçala sakinləri : Mənim polisim məni qoruyur. Vətən oğlu Vüsal ŞəbəndiyevDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və xəsarət alanlar varAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaqBrilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilibAzərbaycan Prezidenti: "Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq"Azərbaycan lideri: "Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik"Deputat: “İran Azərbaycanla dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir”Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilibAli Məhkəmə hakimlərə məhkəmə binalarında maska taxmağı tapşırıbOna etibar edilən bütün işlərdə Şahin Şirinov özünü doğruldubSumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbi əmin əllərdədir.Avstriya kanslerinin ofisində və partiyasında axtarışlar aparılıb“3-cü mikrorayon” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqMüvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideyni tapılıb, izahatı alınıbBaş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib"Qaçqınkom": "Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək"Azərbaycanda vaksin pasportu olmayan şəxslərin cinayət işinə videokonfrans vasitəsilə baxılacaqErmənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından istifadə edə biləcəkAzərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edirMilli Məclisin oktyabrda keçiriləcək iclaslarının vaxtı açıqlanıb