AAYDA Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev uğurlu xidmətləri sayəsində öhdəsinə düşən bütün işləri layiqincə yerinə yetirir.

AAYDA Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev uğurlu xidmətləri sayəsində  öhdəsinə düşən bütün işləri layiqincə yerinə yetirir.
  • 24-10-2021, 23:11
  • 47 dəfə oxunub
Reklam

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində sosial-iqtisadi həyatın bütün sahələrinin, eləcə də yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirmişdir. “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri dahi şəxsiyyətin bu sahənin tərəqqisinə necə önəm verdiyinin bariz ifadəsidir.Həmçinin son 18 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, sosial-iqtisadi inkişafa mühüm təsir göstərən infrastrukturun, o cümlədən avtomobil magistrallarının tikintisi və yenidən qurulmasına, regionlarda yol şəbəkələrinin bərpasına xüsusi önəm verilmişdir.

Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev rayonlarımızda infrastruktur işlərinə qələbə günümüzdən sonra start vermişdir. Lakin hər addımında ölüm saçan Ağdamın mina xəritələrinin əldə olunması çox böyük hadisədir. İlk növbədə ona görə ki, "mina səhrası”nı xatırladan Ağdam torpaqlarının təmizlənməsi xeyli vaxt aparacaqdı, habelə çoxsaylı insan itkiləri ilə üzləşəcəkdik. Digər tərəfdən mina xəritəsinin olmaması mayın 28-də təməli qoyulan Ağdamın bərpa və yenidən qurma prosesinin yubanmasına gətirib çıxaracaqdı, eyni zamanda minatəmizləmə prosesinə külli miqdarda vəsait sərf olunacaqdı. Əlbəttə, Cənubi Qafqaz regionunun siyasi mənzərəsini dəyişən Azərbaycan xəritə olmadan da başlatdığı Böyük Qayıdış layihəsini reallaşdırmaq iqtidarındadır. Lakin bu həm zaman, həm də böyük maliyyə itkisi deməkdir. Bu baxımdan ən əlverişli variant mümkün qədər tez vaxtda mina xəritələrini əldə etmək idi ki, Prezident İlham Əliyevin diplomatik məharəti və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan buna da nail olmağı bacardı.

Ağdam rayonunda 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamılarına əsasən, yenidən qurulması işləri görülüb.
Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 km olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yoludur.


Yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolu uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub.

Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədi ilə hazırlanmış layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 150 min kv.m-dir.

Tikinti norma və standartlarına uyğun olaraq hazırda yol boyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkilı üçün isə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işlərinə başlanılıb.

AAYDA Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev uğurlu xidmətləri sayəsində onların Ağdam rayonunda iş apardığı küçələr, yollar əsaslı şəkildə təmir olunub. İdarə üçün əsas hədəf sakinlərin, qonaqların rahat hərəkəti üçün yolların bərpasıdır. Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Eləcə də Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev da bunu əsas tutaraq gördüyü işləri mükəmməl şəkildə icra edir. Onun sayəsində yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.Ağdam Yol İstismar İdarəsinin rəsi Faiq Əliyevin uğurlu xidmətləri sayəsində Ağdam rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Bu gün Faiq müəllim var gücü ilə çalışır ki, yol sarıdan insanların problemi olmasın. Ağdamda hamıya məlumdur ki,Faiq Əliyevin güclü idarəetmə bacarığı sayəsində Ağdam Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb.

Faiq Əliyev hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. Faiq Əliyevin həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır.

İşğaldan azad edilən Ağdam şəhərinə yeni yol çəkilir.

Hazırda yeni asfalt yolun tam bərpa olunması istiqamətində işlər görülür.

Öz zəngin və səmərəli işi ilə ilk gündən ağdamlıların dərin hörmətini və rəğbətini qazanmış Faiq müəllimin gördüyü işlərdən çox danışmaq, çox yazmaq olar. Buna o qədər də ehtiyac yoxdur.Ağdama gələnlər bunun əyani şahidi olur, reallıq olduğunu görürlər. Bir şeyi də qeyd edim ki,Faiq Əliyevin nə mənim, nə də başqalarının tərifinə ehtiyacı yoxdur. Sadəcə olaraq onun gördüyü bütün işlər özlüyündə tərifə layiqdir.

Ona etibar edilən bütün işlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam Yol İstismar İdarəsinin rəisi Faiq Əliyev özünü doğruldub. Bizdə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq hörmətli Faiq müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək