İbrahim Cəfərov : "YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir"

İbrahim Cəfərov :
  • 21-11-2021, 23:57
  • 31 dəfə oxunub
Reklam

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ,Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov : Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Yəni, YAP-ın yaranmasını tarixi zərurət və Azərbaycan xalqının taleyi diqtə edirdi. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heç də asan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Heydər Əliyev ola bilərdi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi.

Əlbəttə, o dövrlər YAP-ın yaradılması üçün manelər törədilirdi. Həmin vaxtlar xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inanmını bəzi qüvvələr sarsıda bilmədi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Deyərdim ki, Azərbaycan xalqı artıq nicat yoluna qədəm qoydu. Çünki qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Qarşıda ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. Bu partiya Azərbaycanın çağdaş dövr tarixində ilk konstruktiv müxalifət partiyası nümunəsini göstərdi. Onun siyasi nüfuzunun, siyasi gücünün və populyarlığının bir səbəbi də budur. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir.

Bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki burda Heydər Əliyev ideologiyası, məfkurəsi var. Bu ideologiya, məfkurə və dövlətçilik fəlsəfəsi çox zəngindi. Bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Bu gün birmənalı şəkildə demək olar ki, ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır. Çünki xalq Heydər Əliyevdən sonra hakimiyyət sükanının başqalarının əlinə keçəcəyindən narahat idi. Ona görə də, 2003-cü ildə yenidən xalq öz layiqli seçimi edərək, Ulu Öndərin siyasi varisini müəyyənləşdirdi. Yalnız 2003-cü ildə deyil, əvvəlki illərdə də İlham Əliyevin Azərbaycan dövlətinə layiqli xidmətləri var. İlham Əliyevin YAP Sədrinin müavini seçilməsi, Dövlət Neft Şirkətinə rəhbərlik etməsi, millət vəkili seçilməsi və başqa strateji vəzifələrdə özünü doğrultması artıq xalqın gələcək liderini müəyyənləşdirmişdi. Həqiqət ondan ibarətdir ki, Prezident İlham Əliyevin Azərbaycan dövlətinə sadiqliyi və səmərli xidməti ictimai fikirdə Heydər Əliyev siyasi kursunun varisini kimi həkk etdi. Necə ki, 1993-cü ildə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün təkidli tələblə çıxış etmidi və 2003-cü il prezident seçkilərində də belə oldu. "Bu, sosial sifarişdir" kimi qiymətləndirilməlidir. 2003-cü ildən bu yana görülən işlərin tayı-bərabəri yoxdur. Bütün sahələrdə irəliləyişlər var. Təkcə Azərbaycanın iqtisadi inkişaf göstəriciləri region dövlətlər üçün nümunədir. Yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması, ümumiyyətlə, əhalinin sosial müdafiəsi istiqamətində dövlət başçısının vətəndaşlara diqqət və qayğısı cəmiyyətdə çox müsbət qarşılanır.

Bu mənada, artıq Azərbaycan xalqında milli maraqların qorunması, dövləçiliyin möhkəmlədirilməsi ilə bağlı ümummilli bir arxayınçılıq yaranıb.

Fürsətdən istifadə edib bütün siyasi həmfikirlərimi Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edir, dövlətimiz və xalqımız üçün görülən işlərdə doğma partiyamıza uğurlar arzulayıram”


İbrahim Cəfərov : "YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir"


Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ,Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Milli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır"Google" gələn il "ağıllı" saatını təqdim edə bilərYaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf AğayevMİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətiribPrezidentin köməkçisi beynəlxalq təşkilatları minatəmizləmə məsələsində Azərbaycana dəstək verməyə çağırıbTəhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Bakıda Vətən müharibəsi qazisinə qarşı dələduzluq edilibHikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”Bakıda metro vaqonları istehsal ediləcək