Azərbaycanda “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb

Azərbaycanda “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb
  • 21-12-2021, 10:57
  • 297 dəfə oxunub
Reklam

Azərbaycanda koronavirus infeksiyasının “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Teymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıbİmişlidə axtarışda olan qadın narkotacir saxlanılıbBakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölübBu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcəkAzərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıbÇingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildiribYanvarın 20-də Bakıda bir sıra yollar bağlanacaq - SİYAHIGoranboydakı suvarma kanalı 30 illik fasilədən sonra istismara qaytarılıbMarşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə işlərini sürətləndirirİnstaqramda yeni funksiya yaradılıbÜST: Son bir həftədə dünyada koronavirusa 18 milyondan çox yoluxma qeydə alınıbHacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb, heykəl bərpa olunubSüleyman Mikayılov : Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi