Yeni məktəbli formaları tikiləcək - İdman tərzində

Yeni məktəbli formaları tikiləcək - İdman tərzində
  • 5-01-2022, 10:58
  • 69 dəfə oxunub
Reklam

Azərbaycanda idman tərzində yeni məktəbli formaları istifadəyə verilə bilər.
Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə açıqlamasında yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib.
O qeyd edib ki, təkliflər artıq Nazirlər Kabinetinə göndərilib:
“Nazirlər Kabinetinə məktəbli formalarının necə olması ilə bağlı təkliflər göndərmişik. Uzun illərdir ki, orta məktəblərdə klassik formada geyimlərdən istifadə edilir. Lakin bir sıra ölkələrdə məktəblərdə idman tərzində geyim formalarına üstünlük verilir. Klassik geyimlər uşaqların istər-istəməz sıxılmasına səbəb olur. Biz istərdik ki, bu məsələ həllini tapsın. İdman üslubunda geyimlərin qiyməti də ailələr üçün münasib ola bilər, eyni zamanda uşaqların daha sərbəst hərəkət etməsinə imkan verər”, - deyə S.Babayeva vurğulayıb.
S.Babayeva həmçinin məktəbli geyim formalarında Azərbaycan bayrağının rənglərindən istifadə edilməsini məqsədəuyğun hesab edir:
“Bayrağımızın rənglərindən olan mavi, qırmızı, yaşıl rənglərdən məktəbli formalarında istifadə edilməsi sevindirici hal olardı. Misal üçün qızlar üçün geyimlərdə qırmızı rəngdən istifadə oluna bilər. Eyni zamanda 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi tərənnüm edən çalarlar olsun. Düşünürəm ki, məktəbli geyimlərinə sadəcə bir uniforma kimi baxmamalıyıq. Biz Azərbaycanda 1.7 milyona qədər şagirdin böyüməsini, təlim-tərbiyəsini nəzərə alaraq məktəbli geyimlərinin mənəvi çalarlarla dizayn edilməsi istiqamətində töhfə verməyə hazırıq”, - deyə S.Babayeva vurğulayıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Teymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıbİmişlidə axtarışda olan qadın narkotacir saxlanılıbBakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölübBu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcəkAzərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıbÇingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildiribYanvarın 20-də Bakıda bir sıra yollar bağlanacaq - SİYAHIGoranboydakı suvarma kanalı 30 illik fasilədən sonra istismara qaytarılıbMarşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə işlərini sürətləndirirİnstaqramda yeni funksiya yaradılıbÜST: Son bir həftədə dünyada koronavirusa 18 milyondan çox yoluxma qeydə alınıbHacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb, heykəl bərpa olunubSüleyman Mikayılov : Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi