Kirayə mənzil bazarında 100 manat bahalaşmanın səbəbi nədir?

Kirayə mənzil bazarında 100 manat bahalaşmanın səbəbi nədir?
  • 20-10-2016, 18:54
  • 203 dəfə oxunub
Reklam

Daşınmaz əmlak bazarında qiymətlər bahalaşıb. Xüsusilə də kirayə mənzil bazarında qiymət artımı, ötən aylarla müqayisədə 50-100 manat təşkil edir.
 Kirayə mənzil bazarında 100 manat bahalaşmanın səbəbi nədir?
Musavat.com-un əməkdaşının paytaxt ərazisində yerləşən mənzil alqı-satqısı ilə məşğul olan ofislərdən aldığı məlumata görə, qiymətlər qalxsa da, müştərilər yoxdur.

Bakıda yerləşən əksər mənzil alqı-satqısı ilə məşğul olan obyektlərdə eyni halın şahidi olduq. Belə ki, alqı-satqı ilə məşğul olan şəxslər (maklerlər) bir obyektdə toplanaraq, ya çay içirlər, ya da stolüstü oyun oynayırlar. Hansını danışdırsaq, müştəri yoxluğundan şikayətləndilər. Ancaq eyni zamanda qiymət artımının olduğunu da gizlətmədilər.

Bəs alıcı olmadığı halda daşınmaz əmlak bazarında bu cür qiymət artımına səbəb nədir?

Öncə qeyd edək ki, mənzillərin qiymət artımı barəsində Dövlət Statistika Komitəsi də məlumat yayıb. Belə ki, komitənin açıqladığı mənzil bazarında qiymət indekslərinə əsasən, ilkin mənzil bazarında 0,9 faiz, təkrar mənzil bazarında 0,8 faiz bahalaşma qeydə alınıb. Ötən ilin III rübü ilə müqayisədə isə mənzil bazarında 2,7 faiz ucuzlaşma, o cümlədən, ilkin mənzil bazarında 4,0 faiz artım, təkrar mənzil bazarında 2,8 faiz azalma müşahidə olunub.

Maklerlər isə bildirdilər ki, qiymət artımı mövsümü xarakter daşıyır. Belə ki, hazırda tələbələrin Bakıya axın etdiyi ərəfə olduğu üçün mənzillərini kirayə verən şəxslər, qiymətləri qaldırıblar.

Bu sahədə uzun zamandır çalışan Şahin Novruzov musavat.com-a aşağıdakıları bildirdi: “Hazırda bir otaqlı mənzil 250-300 manata kirayə verilir. Halbuki, ötən dövrdə bu 200-250 manat idi. Hətta daha aşağı götürmək olardı. 2 otaqlı mənzillərdə də eyni qayda üzrə 50-100 manat bahalaşma var. Hazırda 2 otaqlı əşyalarla təmin olunmuş mənzillər 300-350 manata kirayə verilir. Eyni zamanda satışda da qiymət artımı var. Misal üçün, hazırda 1 otaqlı mənzilin qiyməti 50-55 min manatdır. Manatın dollara nisbətdə ucuzlaşması və ölkədə baş verən iqtisadi proseslər, mənzillərin manatla ifadədə qiymətlərinə təsir edib. Yəni artım manatladır. Dollarla isə əksinə, ucuzlaşma var. Qiymətlərin may ayına yaxın yenidən 50-100 manat ucuzlaşacağını proqnozlaşdırmaq olar. Ancaq qiymət artsa da müştəri yox səviyyəsindədir. Kirayə mənzil üçün ara-sıra müraciət edənlər olur. Alış üçün isə müraciət sıfır səviyyəsindədir. Ümumiyyətlə, almaq bir yana, heç maraqlanan da yoxdur. Biz çalışırıq ki, kirayə mənzillərin qiymətini aşağı razılaşaq. Çünki bazar belə tələb edir. Ancaq ev sahibləri bunun əksini düşünürlər. Hər halda biz, müştərinin tərəfindəyik”.

İqtisadi ekspertlər isə hesab edirlər ki, vəziyyət bu cür davam edə bilməz. Ekspert Rəşad Həsənov musavat.com-a bildirib ki, kirayə mənzil bazarındakı qiymət artımı mövsümü xarakter daşısa da satış bazarında vəziyyət fərqlidir: “Məlumdur ki, yay aylarında insanların paytaxtdan kənarlaşması səbəbindən kirayə mənzil bazarında qiymətlər ucuzlaşdı. İndi isə əks proses gedir. Eyni zamanda qış ayları yaxınlaşdıqca bir çox istilik təminatı zəif olan rayonlardan ailələr köçüb, Bakıya gəlirlər. Bu da kirayə mənzil bazarında qiymətlərin artmasına səbəb olur. Ümumilikdə deyə bilərik ki, yanvar və fevral ayından etibarən qiymətlər yenidən ucuzlaşacaq. Daşınmaz əmlak bazarı ilə bağlı məsələ ondan ibarət ki, əslində burada qiymətlər manatla ifadədə artıb. Təbii ki, tələbat yox səviyyəsindədir. Ötən bir il ərzində yaranmış çətinlikləri hansısa formada tikinti şirkətləri az da olsa aradan qaldırıblar. Həmin ərəfədə mənzillərin qiymətini aşağı salan şirkətlər, indi bir qədər qaldırıblar. Bu da müvəqqəti haldır. Xüsusilə də sosial mənzillərin tikintisi ilə bağlı işlər sürətlənən zaman qiymətlər yenidən ucuzlaşacaq”.

Ekspert bidirib ki, son iki ildə tikinti bazarında demək olar ki, ciddi durğunluq yaranıb: “Bu isə ona gətirib çıxarıb ki, faktiki olaraq təklifin də həcmində azalma gedir. Yeni tikilən binalar kifayət qədər azalıb. Belə bir şəraitdə də təklifin aşağı düşməsi, qiymətlərin müəyyən qədər artmasına səbəb olur. Eyni zamanda şirkətlər fəaliyyətlərinin davamlığını təmin edə bilmirlər. Belə olduğu şəraitdə də əldə olunan mənzil və ya layihələrin satış qiymətində müəyyən tənzimləmələr aparmaqla, üzərlərində olan borc öhdəliklərini kompensasiya etməyə cəhd göstərirlər. Düşünürəm ki, bu da müvəqqətidir. Çünki bu şəkildə satış həyata keçirmək çox çətin olacaq. Bu baxımdan da növbəti aylarda mənzil bazarında da qiymətlərdə yenidən ucuzlaşmalar müşahidə olunacaq”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Türkiyə XİN başçısı: "Möhlətin başa çatmasına 35 saat qaldı"Xəzərdə zəlzələ olubSalyanda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozubABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcəkAVRO-2020-nin himninin müəllifi məlum olubDünyada ən uzun birbaşa aviareys rekordu qeydə alınıbAzərbaycan hökuməti gələn il üçün inflyasiya və manatın məzənnəsinə dair proqnozunu açıqlayıbRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: “Hillari Klinton ağlını itirib”Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblərSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbSiyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıbHonkonqda növbəti razılaşdırılmamış aksiya keçirilirPKK terrorçularının açdığı atəş nəticəsində Suriyada 1 türk əsgəri şəhid olubBarselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edibLondonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçiribBərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıbKuba prezidenti Azərbaycana səfər edəcəkBŞBPİ: "Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb"