Məşhur aktrisadan ev sahibi 10 min dollar tələb edir

Məşhur aktrisadan ev sahibi 10 min dollar tələb edir
  • 18-12-2016, 00:15
  • 155 dəfə oxunub
Reklam

Türkiyənin məşhur aktrisası Begüm Birgörendən ev sahibi 10 min dollar təzminat tələb edir.
 Məşhur aktrisadan ev sahibi 10 min dollar tələb edir
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Ədliyyə Hüquq Məhkəməsinə keçən il müraciət edən ev sahibi Laika Erel Bebekdəki evini 1 Mart 2011-ci ildə aylıq 2 min 900 lirəyə olmaqla aktyor Sarp Levendoğlunun anası Emine Altıoklara kirayəyə verdiyini bildirib. Daha sonra mənzilində aktyorun keçmiş sevgilisi Begüm Birgörenin yaşadığını öyrənən Erel evinin boşaldılmasını istəyib. Begüm Birgören də ev sahibindən evi boşaltmaq üçün müddət tələb etsə də, mənzili tərk etməyib.
Laika Erel isə bildirib ki, yenidən məhkəməyə müraciət edəcək və 2015-ci ilin mart ayından bəri aylıq 3 min dollar və əvvəlki dövr üçün 10 min dollar təzminat tələb edəcək.
Begüm Birgörenin vəkili ev sahibinin tələbi ilə bağlı mətbuata açıqlama verib. O bildirib ki, ev sahibinin məqsədi yüksək məbləğdə kirayə haqqı almaqdır:
"Kirayə müqaviləsində Emine Altıokların adı yazılsa da, evdə daim Begüm xanım yaşayıb. Bu vəziyyətdən ev sahibinin xəbəri vardı. Sarp Levendoğlu ilə müvəkkilim birlikdə bu evdə yaşayıb. Münasibətləri bitdikdən sonra Sarp köçüb, Begüm xanım yaşamağa davam edib. Şikayətçinin məqsədi daha yüksək məbləğdə kirayə haqqı almaqdır. Hazırda aktrisa aylıq 4 min 950 lirə kirayə ödəməkdədir. Kirayə haqqı az qala 4 il içində yüzdə 100 artıb".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Türkiyə XİN başçısı: "Möhlətin başa çatmasına 35 saat qaldı"Xəzərdə zəlzələ olubSalyanda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozubABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcəkAVRO-2020-nin himninin müəllifi məlum olubDünyada ən uzun birbaşa aviareys rekordu qeydə alınıbAzərbaycan hökuməti gələn il üçün inflyasiya və manatın məzənnəsinə dair proqnozunu açıqlayıbRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: “Hillari Klinton ağlını itirib”Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblərSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbSiyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıbHonkonqda növbəti razılaşdırılmamış aksiya keçirilirPKK terrorçularının açdığı atəş nəticəsində Suriyada 1 türk əsgəri şəhid olubBarselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edibLondonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçiribBərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıbKuba prezidenti Azərbaycana səfər edəcəkBŞBPİ: "Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb"