Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”
  • 4-09-2017, 06:11
  • 276 dəfə oxunub
Reklam

Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb. Iqtisad.org saytının məlumatına görə, mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb.

Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

Vətənə dönən komandamızı hava limanında qarşılayan Iqtisad.org-un müxbiri dünya çempionu Məhəmmədrəsul Məcidovun fikirlərini öyrənib.

- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?
- Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdir. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram.

- Həlledici döyüş necə keçdi?
- Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.

- Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz?
- Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq.

- Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız...
- Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi.

- Hakimlik haqqında nə deyə bilərsiniz?
- Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı.

Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Facebook” və “Google”nin işində nazaslıq yaranıbMoskvada fitnəkar erməni filminin nümayişinin qarşısı alınıbDağıstan rəhbəri Azərbaycana səfər edəcəkDYP sürücülərə müraciət edibSon 3 ildə Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını 26% azaldıbİmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıbSOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edibBöyük qala küçəsindəki iki qəzalı binanın restavrasiyası ilin sonunadək tamamlanacaqAzərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıbHesablama Palatası ARDNF-ə əlavə qızıl almağı tövsiyə edibÖtən il Azərbaycan Gürcüstanın təbii qaz idxalının 87%-ni təmin edibAzərbaycan son 3 ildə Gürcüstandan avtomobil idxalını 5 dəfədən çox artırıb“Şahdəniz” yatağından kondensat hasilatı 39% artıbÇin investorları Azərbaycanda keramika istehsal etmək istəyirlərİşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olubBakıda bəzi işıqforların iş rejimi dəyişdirilib - SİYAHI“NBC Bank”ın mənfəəti 17% artıbAzərbaycanda korrupsiya azalıb - HESABATPul alarkən görüntüsü yayılan polis əməkdaşı ölübAzərbaycan nefti ucuzlaşmaqda davam edirÖlkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydaları dəyişibAzərbaycan Prezidenti: “Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir”