Rusiya və Ermənistan Regional Hava Hücumundan Müdafiə Sistemi qüvvələrinin tərkibini müəyyən ediblər

Rusiya və Ermənistan Regional Hava Hücumundan Müdafiə Sistemi qüvvələrinin tərkibini müəyyən ediblər
  • 6-09-2017, 06:39
  • 119 dəfə oxunub
Reklam

Rusiya və Ermənistan Qafqaz bölgəsində fəaliyyət göstərəcək Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemi (BRHHMS) qüvvələrinin tərkibini müəyyən ediblər.

Iqtisad.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargah rəisi, Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanının birinci müavini general-leytenant Pavel Kuraçenko bildirib.

“Kollektiv təhlükəsizliyin Qafqaz bölgəsindəki Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemi (BRHHMS) qüvvələrinin tərkibinə qatılması üçün Rusiya və Ermənistanın ayırdığı qoşunların siyahısı müəyyən edilib”, - deyə Kuraçenko Hava Hücumundan Müdafiə məsələləri ilə bağlı Koordinasiya Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sisteminin (BRHHMS) yaradılması barədə sazişin əməli icrasına dair sənədlərin hazırlanmasına başlanılıb.

Qeyd olunan saziş 2015-ci ilin dekabrın 23-də Moskvada imzalanıb və 2016-cı ilin dekabrında Dövlət Duması tərəfindən ratifikasiya edilib.

Sentyabrın 5-də Həştərxanda MDB ölkələrinin müdafiə nazirləri Şurasının yanında Hava Hücumundan Müdafiə məsələləri ilə bağlı Koordinasiya Komitəsinin iclası öz işinə başlayıb. Tədbirdə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri iştirak edirlər.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytarıb“Facebook” 3 milyarddan çox saxta hesabı silibAzərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklərDələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilibPrezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edibPalata: Banklar bu ilin 9 ayında 7 milyard manat kredit veribAzərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi 90-100% civarındadırBir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilibUEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyibDSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıbDeputat: "Müsavat Partiyası Azərbaycanın adına ləkə gətirəcək "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir"Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya elan edibQazaxa yeni DYP rəisi təyin olunubBakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilirAzərbaycanlı mühacir Fransada saxlanılıbAzərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənibİrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb, saxlanılan varMaliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənibLionel Messi: "Karyeramda yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm"Azərbaycan nefti ucuzlaşıbAlmaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHINazir: “Tezliklə daha iki Dost Mərkəzi istifadəyə veriləcək"