Azərbaycanlı ilə erməni Xarkovda cinayətkar qrup yaradıblar

Azərbaycanlı ilə erməni Xarkovda cinayətkar qrup yaradıblar
  • 6-09-2017, 06:54
  • 294 dəfə oxunub
Reklam

Xarkovun Dzerjinski məhkəməsi Azərbaycandan və Ermənistandan olan cinayətkarlar dəstəsinin məsələsinə baxıb. Dəstədə həmçinin Xarkov sakini olan üçüncü bir cinayətkar da olub. Onlarla birlikdə müttəhimlər kürsüsündə Mariupolda yaşayan bir qadın da əyləşib.

Iqtisad.org bildirir ki, bu barədə “Depo. Xarkov” nəşri məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, 25 fevral 2015-ci ildə həmin qadın öz rəfiqəsigildə qonaqlıqda olub. O orada onun zəngin dostu haqqında eşidib və ona hücum etməyi təklif edib.

Qadın kişilərlə, hansılar ki, hücumda iştirak etməli idilər, rəfiqəsini tanış edib. Həmin kişilər hücum üçün lüləsi kəsilmiş tüfəng və qurbanın bağlanması üçün əşyalar tapıblar.

Hücum 27 fevrala planlaşdırılıb. Onlar zərərçəkəni nərdivan qoyulmuş “qəfəsin” yanında gözləyiblər. Və yaxınlaşan kimi onun başından vurublar. O, gözlənilməz zərbələrdən huşunu itirib. Buna baxmayaraq, cinayətkarlar onu vurmaqda davam ediblər.

Bu zaman qurbanın qolundan saatını çıxarıblar, içərisində travmatik tapança, pul, mənzilinin açarları, bank kartı və sənədlər olan çantasını götürüblər. Sonra əllərini bağlayıb, silahla hədələyərək 12-ci mərtəbəyə qaldırıblar.

Daha sonra zərərçəkmişi arvadına zəng vurmağa məcbur ediblər. O, arvadına tapşırıb ki, mənzildəki seyfdə olan pulu və tüfəngi götürüb küçəyə çıxarsın. Cinayətkarlardan biri aşağı düşüb və onun gətirdiyi 3,8 min avro pulu və silahı götürüb.

Yekunda hücum edənlərdən biri cinayətin təşəbbüskarına mükafat kimi 5 min qriven verib.

...Məhkəmə onları Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə təqsirli bilib və barələrində, üç ili sınaq müddəti olmaqla, beş illik həbs qərarı çıxarıb.

Azərbaycanlı ilə erməni Xarkovda cinayətkar qrup yaradıblar

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DSX hava limanında 2 elektron qapı quraşdırıbBu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıbHeydər Əliyev- xalqın ehtiram ünvanı - MƏQALƏXaçmaz DAİM - də işlər uğurla həyata keçirilir.Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıbƏrdoğan: "Suriyanın şimalında məcburi köçkünlər üçün yaşayış məntəqələrinin inşasına başlamışıq"ABŞ Serbiya və Venesuela vətəndaşlarına sanksiya tətbiq edibKürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürübGürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alınıbBaş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıbBu ilin əvvəlindən dünyada 1 trilyon dollar rüşvət verilibAzərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı veribPrezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıbARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənibAlmaniya deportasiya xərclərini tələb edəcəkAzərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıbAzərbaycanın ixrac missiyası DubaydadırAzərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müəyyənləşibRusiyalı nazir: "Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir"Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunubAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə endirə bilər