Anti-Azərbaycan kampaniyası: İflasa məhkum ənənəvi taktika - VİDEO

Anti-Azərbaycan kampaniyası: İflasa məhkum ənənəvi taktika - VİDEO
  • 7-09-2017, 05:08
  • 297 dəfə oxunub
Reklam



Son günlər bir sıra qərb mətbuatında azərbaycan əleyhinə geniş qarayaxma kampaniyası həyata keçirilir. Zaman-zaman rastladığımız bu kampaniyalar hər nə qədər ənənəvi olsa da bir sıra yeni çalarları da olur. Hazırda yeni mövsümə hazırlıq məqsədi ilə müvəqqəti olaraq yayımlanmayan "Gündəm” ictimai siyasi verilişinin kollektivi böhtan kampaniyasının mahiyyətini araşdırıb.
Əvvəlcə bir məsələni araşdırmaq lazımdır ki, Azərbaycan dövləti, onun prezidenti və ailə üzvləri ilə bağlı hazırlanan və gündəmə gətirilən bu kampaniyanın əsas istinad nöqtəsi olan "The Organized Crime and Corruption Reportin Project" adlı qurum nə qədər nüfuzludur və bunun kökü hara gedib çıxır. Bununla bağlı araşdırmamız onu göstərdi ki, əslində 2007-ci ildə müəmmalı şəkildə yaranmış bu qurumun yerləşmə məkanı Sarayevo və Buxarestdə olub və Merilend ştatında yerləşən xeyriyyəçi "Jurnalistikanın İnkişafı Şəbəkəsi"nin qeydiyyatdan keçmiş rəsmi adıdır. Amma araşdırmalar onu da göstəririr ki, əslində bu qurum kağız üzərində mövcud olub. Endri Salivan adlı bir şəxs guya bu qurumun redaktoru olub. Həmin şəxsin isə nə bu layihədən, nədə belə bir təşkilatın mövcudluğundan xəbəri yoxdur.
Axı sözü gedən materiallar kifayət qədər ciddi və bu tip araşdırmalar üzrə ixtisaslaşmış bir qurumun adından təqdim olunur. Əgər belədirsə hanı həmin qurum onun belə materialları araşdırıb üzə çıxaran komandası?
Əvəzində isə həmin təşkilatın maliyyəçiləri arasında Soros, ABŞ Milli Demokratiya Fondu və USAİD-lə bərabər, həm də Amerikanın KİV-lərə Beynəlxalq Dəstək Mərkəzinin (CİMA) nəzdindəki "Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu” kimi təşkilatlarla əlaqələri üzə çıxır.
Bir qədərdə dərinə gedəndə məlum olur ki, bu təşkilatın dırnağarası araşdırmalarının 80 faizi elə Azərbaycanla bağlı imiş. Gözdən pərdə asmaq üçün Gürcüstan və başqa ölkələrlə bağlı səthi məlumatlar da yer alıb. Belə bir qənaətə gəlmək olar ki, sözü gedən təşkilatın elə yaradılış məqsədi onu lazımı məqamda Azərbaycan əleyhinə istifadə etməkdir.
Millət vəkili politoloq Aydın Mirzəzadə də hesab edir ki, Azərbaycan əleyhinə başladılmış kampaniyanın məqsədi Azərbaycana təsir etməklə öz istəklərini diktə etmək yaxud müəyyən məsələlərdə imtiyazlar qoparmaqdır.
Görünən odur ki, bu kompaniyada onlara müttəfiq daha doğrusu vasitəçi tapmaq da o qədər çətin olmayıb. Belə ki erməni lobbisi və diasporu nəyinki daim buna hazırdı elə bu bir başa onların maraqlarına uyğundur.
Belə bir sualş ortaya çıxır, Əgər OCCRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır.
Məsələdə erməni barmağının növbəti sübutu sözügedən məqalələrin bir neçəsinin müəllifinin erməni əslilli Dina Nagapetyan olmasıdır.
Əslində bu qara kompaniya bir çox anti Azərbaycan qüvvələri özündə birləşdirir. Burada Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən böyük güclər, Azərbaycan zəifləməsini istəyən Ermənistan və onun diasporu, öz siyasi məqsədləri naminə milli mənafeni belə tapdalamağa hazır olan daxili antimilli qüvvələr və sair. Əsas məqsəd Azərbaycanı beynəlxalq nüfuzdan salmaqla yanaşı həm də daxili gərginlik yaradıb, sabitliyi pozmaqdır.
Amma görünənən odur ki, ənənəvi üsulla hazırlanmış bu kampaniyada onların arzuladığı effekti vermədi.
Artıq həmin dairələr anlamlıdır ki, bu cür üsullarla nəyinki Azərbaycanı öz prinsipal mövqeyindən daşındırmaq ona təsir etmək, heç xırda imtiyazlar da qoparmaq mümkün deyil. Azərbaycanla danışmağın yeganə yolu sivil qaydada, bərabər hüquqlu, qarşılıqlı mənafelər nəzərə alınmaqla mümkündür.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab veribBakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb“Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirAğdamda gənc oğlan güllələnibÇindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilibPentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edibBakı Nəqliyyat Agentliyi avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildiribVəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulubDİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcəkXaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olubMüdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEOAzərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edibBakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilirAzərbaycan millisinin futbolçusu 3 il müddətinə azadlıqdan məhrum edilə bilər“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirMoldovanın Azərbaycandakı səfiri geri çağırılıbAzərbaycan nefti kəskin bahalaşıbErmənilər atəşkəs rejimini 20 dəfə pozubAvstraliyada 828 milyon dollarlıq narkotik maddə müsadirə edilibÇində 4,5 bal gücündə zəlzələ olubSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Dayıkənd kəndində səyyar-qəbul keçirmişdir