Nazir: Pambıq yığımı zamanı heç bir çətinlik olmayacaq

Nazir: Pambıq yığımı zamanı heç bir çətinlik olmayacaq
  • 23-09-2017, 05:51
  • 155 dəfə oxunub
Reklam

Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabr ayının 22-də Salyana səfəri çərçivəsində rayonun Şorsulu kəndində yeni istifadəyə verilən pambıq qəbulu və sort-sınaq məntəqələrində olub.

Kənd Təsərrüfatı Nazirliyindən Iqtisad.org-a daxil olmuş məlumata görə, nazir Heydər Əsədov pambıq qəbulu məntəqəsində yaradılmış şəraitə baxış keçirib, burada pambığın qəbulu, keyfiyyəti, qurudulması və məhsulun tayalara vurulması prosesi ilə tanış olub.

Bildirilib ki, yeni istifadəyə verilən Şorsulu pambıq qəbulu və tədarükü məntəqəsi respublikanın pambıqçılıq rayonlarında inşa olunan 12 məntəqədən biridir.

Sonra nazir Salyan sort-sınaq məntəqəsində pambıq toxumçuluğu üçün əkilib-becərilən pambıq sahələrini gəzib, bitkinin dərmanlanması və məhsul yığımına hazırlıqla tanış olub.

Son illər ölkədə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açan nazir bu mövsüm pambıq yığımı zamanı heç bir çətinliyin olmayacağını, bunun üçün bütün zəruri tədbirlərin vaxtında həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, görülmüş işlərin müsbət nəticəsidir ki, qısa müddətdə respublikada 20 min ton pambıq yığılaraq pambıq qəbulu və tədarükü məntəqələrinə verilib.

Nazir: Pambıq yığımı zamanı heç bir çətinlik olmayacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytarıb“Facebook” 3 milyarddan çox saxta hesabı silibAzərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklərDələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilibPrezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edibPalata: Banklar bu ilin 9 ayında 7 milyard manat kredit veribAzərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi 90-100% civarındadırBir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilibUEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyibDSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıbDeputat: "Müsavat Partiyası Azərbaycanın adına ləkə gətirəcək "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir"Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya elan edibQazaxa yeni DYP rəisi təyin olunubBakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilirAzərbaycanlı mühacir Fransada saxlanılıbAzərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənibİrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb, saxlanılan varMaliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənibLionel Messi: "Karyeramda yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm"Azərbaycan nefti ucuzlaşıbAlmaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHINazir: “Tezliklə daha iki Dost Mərkəzi istifadəyə veriləcək"