“Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilib

“Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilib
  • 28-09-2017, 01:54
  • 386 dəfə oxunub
Reklam

Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Iqtisad.org-a verilən xəbərə görə, şuranın qərarı ilə “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilib. Davamlı tibbi təhsil - praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesidir. DTT təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə edilməklə həyata keçirilir. DTT-nin zəruri miqdarının hesablanması DTT-nin kreditləri vasitəsilə həyata keçirilir. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditasiya olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibbi təhsil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.
“Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” Azərbaycan Respublikasının səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətləri və digər müəssisə və təşkilatları tərəfindən keçirilən davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlər, proqramların akkreditasiyasını tənzimləyir. BMT-nin təşkilatları, beynəlxalq səviyyədə DTT üzrə akkreditasiya olunmuş təşkilat və müəssisələr tərəfindən bilavasitə, yaxud onların təşkilatçılığı ilə Azərbaycan Respublikasında, yaxud xarici dövlətdə keçirilən tədbirlər nazirlik tərəfindən akkreditasiya olunmuş DTT tədbirləri kimi tanınır.
“Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nda tədbirlərin akkreditasiyası meyarları müəyyən edilib. Tədbirlərin akkreditasiyası onların qaydalarda müəyyən edilmiş həmin meyarlara uyğunluğunu müəyyən edir və bu tədbirləri müvafiq kredit sayı ilə təmin edir. Tədbirlərin akkreditasiyası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən aparılacaq. Akkreditasiya üzrə müraciətlərin qəbulu və rəyin verilməsi elektron məlumat sistemi vasitəsilə həyata keçiriləcək.

“Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytarıb“Facebook” 3 milyarddan çox saxta hesabı silibAzərbaycanlı deputatlar Belarusda parlament seçkilərini müşahidə edəcəklərDələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilibPrezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edibPalata: Banklar bu ilin 9 ayında 7 milyard manat kredit veribAzərbaycanda istilik xidməti üzrə yığım səviyyəsi 90-100% civarındadırBir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilibUEFA “Qarabağ”a 1 milyon 460 min manat ödəyibDSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıbDeputat: "Müsavat Partiyası Azərbaycanın adına ləkə gətirəcək "miqrant alveri"lə bağlı ictimaiyyətə açıqlama verməlidir"Qida Təhlükəsizliyi İnstitutu işə qəbul üçün vakansiya elan edibQazaxa yeni DYP rəisi təyin olunubBakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilirAzərbaycanlı mühacir Fransada saxlanılıbAzərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənibİrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb, saxlanılan varMaliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənibLionel Messi: "Karyeramda yalnız bir dəfə rəqib futbolçudan forma istəmişəm"Azərbaycan nefti ucuzlaşıbAlmaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHINazir: “Tezliklə daha iki Dost Mərkəzi istifadəyə veriləcək"