Rusiyalı politoloq: "Azərbaycan Şimal-Cənub layihəsi ilə regionun nəhəng ölkəsinə çevriləcək"

Rusiyalı politoloq:
  • 2-11-2017, 00:30
  • 129 dəfə oxunub
Reklam

"Şimal-Cənub nəqliyyat dəhlizinin iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də böyükdür. Azərbaycan üçün bu layihənin əhəmiyyəti çox böyükdür. Belə ki, Azərbaycan bu layihə ilə Rusiya və İran kimi regionun, deyərdim ki, hətta dünya səviyyəsində nəhəng dövlətlərdən birinə çevrilmiş olur".

Bunu Iqtisad.org-un Moskva müxbirinə açıqlamasında Rusiya Elmlər Akademiyası yanında Y. Primakov adına Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Ölkələri Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Krılov bildirib.

Tehranda keçirilən Rusiya-Azərbaycan-İran prezidentlərinin üçtərəfli görüşünü şərh edən rusiyalı siyasi ekspert Şimal-Cənub dəhlizinin üçtərəfli görüşdə əsas müzakirə mövzusu olacağını söyləyib: "Bu layihənin region ölkələri üçün böyük əhəmiyyəti var. Bu, xüsusilə İran üçün vacibdir. Trampın İranla nüvə sazişinə yenidən baxacağı ilə bağlı bəyanatından sonra rəsmi Tehran Qərbə göstərmək istəyir ki, onun önü açılıb. Azərbaycan və Rusiya tranzit yolu İran üçün böyük imkanlar açır".

A. Krılov Şimal-Cənub nəqliyyat dəhlizinin Rusiya üçün də çox əhəmiyyətli layihə olduğunu vurğulayıb: "Bu Rusiya məhsullarını Fars körfəzinə çıxaracaq çox ucuz və sərfəli tranzit yoludur".

Prezidentlərin Tehran görüşünü APA-ya şərh edən Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitunun direktoru, akademik Aleksandr Dınkin isə üçtərəfli görüşdə Cənub dəhlizi layihəsindən başqa Xəzərin hüquqi statusu ilə bağlı bir sıra məsələlərin, o cümlədən Suriya böhranının və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin müzakirə olunacağını söyləyib.

Rusiyalı politoloq: "Azərbaycan Şimal-Cənub layihəsi ilə regionun nəhəng ölkəsinə çevriləcək"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Türkiyə XİN başçısı: "Möhlətin başa çatmasına 35 saat qaldı"Xəzərdə zəlzələ olubSalyanda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozubABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcəkAVRO-2020-nin himninin müəllifi məlum olubDünyada ən uzun birbaşa aviareys rekordu qeydə alınıbAzərbaycan hökuməti gələn il üçün inflyasiya və manatın məzənnəsinə dair proqnozunu açıqlayıbRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: “Hillari Klinton ağlını itirib”Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblərSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbSiyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıbHonkonqda növbəti razılaşdırılmamış aksiya keçirilirPKK terrorçularının açdığı atəş nəticəsində Suriyada 1 türk əsgəri şəhid olubBarselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edibLondonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçiribBərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıbKuba prezidenti Azərbaycana səfər edəcəkBŞBPİ: "Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb"