Yuxusuzluğun fəsadları - piylənmə, yüksək təzyiq...

Yuxusuzluğun fəsadları - piylənmə, yüksək təzyiq...
  • 10-09-2018, 01:33
  • 228 dəfə oxunub
Reklam

Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir.

Yuxu rejiminin pozulmasından yaranan daimi yorğunluq isə çox vaxt adi hal alır. Daha çox iş adamları, tələbələr, kompüterlə məşğul olanlar yuxu problemləri ilə üzləşirlər.

İqtisad.org bildirir ki, son illər ABŞ-da aparılan tədqiqatlar yuxusuzluğun diqqətsizlik və qıcıqlanma hallarından başqa daha ciddi fəsadlara səbəb olduğunu aşkar edib. Müəyyən olunub ki, yuxunun pozulması piylənməyə və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Həmçinin yuxusuzluq şəkərli diabet və xərçəngin riskini də artırır.

Yapon alimlərinin hesablamalarına görə, yuxusuzluq səbəbindən hər il ölkə iqtisadiyyatına çox böyük miqdarda ziyan dəyir. Bu mənada həftə ərzində gecə yuxusunu 3-4 saat azaltmaq gənc və sağlam adamların da səhhətinə təsir göstərir.

Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. Mütəxəssislərin fikrincə, yuxunu bir çox amillər poza bilər. Məsələn, günorta yuxusu insanın adi rejimini korlayır, hava qaralmadan yatağa girmək yuxunu qaçırır. Ağır şam yeməyi, yataq otağına gələn səs, işıq, günün ikinci yarısında qəhvə içmək, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bu və bir sıra digər səbəblərdən çox vaxt yuxugətirici dərmanlardan istifadə edilir ki, bu da orqanizmə zərərli təsir göstərir. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından da irəli gəlir. Ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilər.

İlk növbədə, yuxusuzluqla üzləşməmək üçün sinir sistemi normal fəaliyyət göstərməlidir. Təcrübələr göstərir ki, yatmazdan əvvəl təmiz havada gəzməyin də rahat yuxuya böyük faydası var.

Yuxusuzluğun fəsadları - piylənmə, yüksək təzyiq...

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıbYaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 77 nəfərə çatıbMDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçibGürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə əməliyyat keçirilib, 1 qadın saxlanılıbAzərbaycanda beş rayonun qaz təchizatında fasilələr olacaqNazirlik: Azərbaycanda işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaqAzərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıbMN: Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulubSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbTürkiyə ordusu "Barış pınarı" əməliyyatı çərçivəsində 653 terrorçunu zərərsizləşdiribFilippində güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar varABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə yola düşüblərMinsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər