Ekstrasens Etibar: "Quranda heç kimin taleyi haqqında məlumat yoxdur"

Ekstrasens Etibar:
  • 13-09-2018, 02:40
  • 245 dəfə oxunub
Reklam

Sözün düzü, Etibar Nəsibovun proqnozlarını izləyənə qədər mən bütün ekstrasenslərin falçılar kimi fırıldaqçı olduğunu düşünürdüm. Lakin sosial şəbəkələrdə onun verdiyi düzgün proqnozlardan sonra bu barədə yenidən düşünməyə başladım. O, müxtəlif ölkələrdə terror hadisələrini, təbii fəlakətləri dəqiqliklə öncədən deyir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir neçə gün öncə bu fikirləri demişdi: “Ekstrasenslik var. Bizim Tofiq Dadaşov kimi məşhur ekstrasensimiz olub. Dünyada bu qəbul olunub. Amma ekstrasens falçı deyil. Ekstrasensliklə falçılığı eyniləşdirmək lazım deyil. Falçılıq primitiv şəkildə insanları aldadıb bu və ya digər yollarla onların vəsaitini mənimsəmədir. Və burada bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir”. Bu fikirlərdən sonra qərara gəldik ki, ekstrasensə bizi maraqlandıran sualları ünvanlayaq.

Məlumat üçün onu bildirək ki,Etibar Nəsibov 1979-cu ildə Qərbi Azərbaycanda anadan olub. İxtisasca ali təhsilli hüquqşünasdır.


Ekstrasens hələ çox-çox öncədən Türkiyədəki terror hadisələrinin, çevrilişin olacağını sosial şəbəkədən bildirmişdi. Hətta ötən gecə öldürülən Rövşən Lənkəranskinin ölümünü də bir neçə gün öncədən öz profilində qeyd etmişdi.

- Mən hər zaman izləyirəm və dünya ilə bağlı proqnozların düzgünlüyünün şahidi oluram. Bəs adi insanlarla bağlı proqnozlar da nəyisə səhv dediyiniz vaxtlar olurmu?

- Ekstrasensliyin incə məqamları var. Səhv daha çox əsəbi vaxtlarımda ola bilər. Onu da səhv hesab etmək olmaz. Sadəcə həmin vaxt verdiyim proqnoz çox qısa olur.

- Mübariz Qurbanlı bu yaxınlar da bildirdi ki, ekstrasenslər falçı deyil. Falçılarla ekstrasenslərin fərqli cəhətləri nədir?

- Mübariz müəllimə mənim böyük hörmətim var. Və o , çox düzgün qeyd edib. Ekstrasenslik –eksrologiya elmi 6-cı hisslə bağlıdır. Mən 13 yaşımdan bu işlə məşğulam. Hər bir insanda 6-cı hiss var. Mən falçılardan fərqli olaraq , kartla və ya hər hansı müqəddəs kitabdan istifadə etməklə proqnoz demirəm. Mən istənilən məkanda insanın üzünə baxmaqla onunla bağlı proqnozlarımı rahatlıqla deyə bilərəm. Bu qeyri-adi, ilahi bir hissdir. Cindarlar və ya falabaxanlarda isə bu hisslər yoxdur və ya çox azdır.

- Falabaxanların çoxu iddia edir ki, onlara mələklər kömək edir.

- Maraqlı sualdır. Bilirsiniz ki, peyğəmbərimiz qeyd edib ki, mən sonuncu elçiyəm və məndən sonra peyğəmbər gəlməyəcək. Eyni zamanda peygəmbər də cinlərin var olmasını Qurandakı ayələrdə təsdiqləyib. 12 cin məlumdur. Onların bir qismi xeyirxah cinlər hesab edilir. Cindarların çoxu mənfi işlər üçün pis cinlərin vasitəçiliyindən istifadə edir. Cinlər özü də mələkdir.

- Quranla necə fala baxırlar?

- Quranla fala baxmaq günahdır. Cindarlığını gizləmək üçün ondan istifadə edənlər var. Quranda heç kimin taleyi haqqında məlumat yoxdur. Qurandan formal olaraq istifadə edirlər.

- Gələcəyi bildiyiniz üçün yəqinki, həyatda çətinliyiniz olmur.

- Hər bir insanın həyatında səhv olur. Bəzi şeyləri öncədən hiss etdiyim üçün əsəbi oluram.

- Başqa ekstrasenslərlə əlaqəniz vamı? Və Rusiya telekanallarında yayımlanan ekstrasens yarışmalarına qatılacaqsızmı?

- Bəli, əlaqələrim var. Bu il TNT telekanalındakı kastinqdən keçdim. Rusiyada Suğra adlı bir dəyərli xanımımız var. O, NTV telekanalında çalışır və onun vasitəsi ilə TNT kanalı ilə əlaqə saxlanıldı. Kastinqlərdən keçsəm də, səhhətim ora getməyə imkan vermədi. Çox bərk xəstələndim. Növbəti dəfə yəqin ki, artıq qatılacam. İndidə dəvət alıram.

- Başqa ölkələrin ekstrasensləri ilə maraqlanırsızmı?

- Mən daha çox Moskvada olanlarla maraqlanıram və orda çox olduğumdan məni tanıyanlar çoxdur. Orda yayımlanan veriliş şou xarakteri daşıyır. Və oradakı ekstrasenslərin çoxu o dərəcə də güclü deyil. Məndə paxıllıq hissi yoxdur. Çünki onlarla həmkarıq. Zirəddin Rzayev, Xəyal Ələkbərov, Zulya Rəcəbovaya böyük hörmətim var. Yerdə qalan ekstrasenslərin isə dünya ilə bağlı hər hansı düzgün proqnoz verdiyinin şahidi olmamışam. Onlar Vanqa kimi düzgün proqnozlar verə bilmir. Orda hər şey eyni ssenari əsasında gedir.Yenə də deyirəm, məndə paxıllıq hissi yoxdur. Hətta saytların birində məni Zirəddindən üstün olduğumu yazmışdılar. Bu mənim xoşuma gəlmədi. Hərəmizin öz istedadı və öz gücü var. Ekstrasenslərin hər birinin öz gücü var.

Xatırladaq ki, Etibar Nəsibov həm də xeyriyyəçi kimi də insanlara kömək edir. O, 1994-cü ildən etibarən mütamadi şəkildə müxtəlif xeyriyyə tədbirləri təşkil edib. Onun xeyriyyəçilik fəaliyyəti indidə davam edir. Dəfələrlə Milli Ordunun və Donor təşkilatlarının hesabına pul vəsaiti köçürüb, müxtəlif
müəlliflərin bir neçə elmi-bədii, publisistik, bədii əsər və şeirlər kitablarının işıq üzü
görməsi üçün lazım olam maliyyə xərclərini öz üzərinə götürmüş, şəhid ailələrinə,
əlil veteranlara və imkansız tələbələrə əl tutub. Müəllif olaraq iki kitabı işıq üzü görüb. İlk kitabı “Xeyriyyə işlərinə həsr etdiyim ömür”
(2002) adlanır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin hakimiyyətə gəlişinin
100 günü ilə bağlı yazdığı növbəti kitab isə “Siyasət zirvəsində” (2004) adlanır.

O, bu haqda bu fikirləri dedi:”Allah insanlara ruzi verirsə, insanlar həmin ruzini xeyirli işlərə sərf etməlidir. Mən heç vaxt bu barədə danışmamışam. İnsan bu dünyadan köçdükdən sonra hansı izlər qoycağını düşünməlidir. Bunu düşünrsə, məncə, o, insan müdrik insandır İnsan qazandığı ruzidən xüms verməlidir. Mən bundan başqa dövlətə vergi də verirəm. Qazandığım puldan Azərbaycan dövləti və ya vətəndaşlarına xeyir verə bilirəmsə, bununla yalnız fəxr edə bilərəm”.

- Son vaxtlar cadugərliklə məşğul olanların həbs olunduğunu görürük. Onların əksəri “qara magiya ”ilə məşğul olur. Bəs, “qara magiya” həqiqətən mövcuddurmu?

- Bəli, “qara magiya” bütün dinlər tərəfindən qadağan olunsa da, var. Qara qüvvələrin köməyi ilə iinsanlar başqalarına pislik edir.Bu yollarla insnaların ailələri dağılır, insanların yolları və bəxtləri bağlanır.

- Sizə bunun üçün müraciət edirlərmi?

- Bəli, olur. Elə insanları qəbul eləsəm də, heç vaxt o cür işlərlə məşğul olmadığımı demişəm.

- Deyilənə görə, şou-biznes sahəsindən də sizə müraciət edənlər çoxdur.

- Hər bir insan kimi onlarında müəyyən problemləri olur. Bəli, gələn çoxdur. Amma etik normalara görə adlarını açıqlamağım düzgün olmaz.

= Bəs adi insanların nə problemi olur ki, ekstarsensə üz tuturlar?

- Ailəsi dağılanlar daha çox müraciət edirlər. Xəstəlik və itgin düşənlərlə bağlı da müraciət edənlər çoxdur. İnsanların müxtəlif problemləri var və çalışıram kömək edim.

- Qarabağ problemi ilə bağlı proqnozunuz varmı?

- Qarabağ problemi çox yaxında həll olunacaq. Bu ilin sonuna qədər 25 proqnozum var. Bu proqnozlar bütün dünyanı demək olar ki, əhatə edir.

- Bəs dünyanın sonu, qiyamət günü haqda nə deyə bilərsiz?

Dünyanın sonunu yalnız Allah bilir. Ancaq onu deyə bilərəm ki, mən 2098-ci illərə qədər dünya ilə bağlı proqnozlarım var. 2036-2044-ci illərə qədər təbii fəlakətlər olacaq dünyada. Bu yaxınlarda Rusiyanın NTV telekanalına dəvət almışam. Mənisevənlər orda izləyə bilərlər. Maraqlı proqnozlarım olacaq.

Ekstrasens Etibar: "Quranda heç kimin taleyi haqqında məlumat yoxdur"
Ekstrasens Etibar: "Quranda heç kimin taleyi haqqında məlumat yoxdur"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıbYaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 77 nəfərə çatıbMDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçibGürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə əməliyyat keçirilib, 1 qadın saxlanılıbAzərbaycanda beş rayonun qaz təchizatında fasilələr olacaqNazirlik: Azərbaycanda işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaqAzərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıbMN: Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulubSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbTürkiyə ordusu "Barış pınarı" əməliyyatı çərçivəsində 653 terrorçunu zərərsizləşdiribFilippində güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar varABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə yola düşüblərMinsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər