"Yazılanlar böhtandır" - DÖVLƏT KOMİTƏSİ TƏCİLİ AÇIQLAMA YAYDI

  • 16-09-2018, 00:59
  • 197 dəfə oxunub
Reklam

Əmlak Məsələləri Dövlət Komitəsi, “Ayaz Mütəllimov İlham Əliyevə müraciət etdi: Foyemi əlimdən alırlar” başlıqlı yazı ilə bağlı təcili məlumat yayıb.



Komitədən Iqtisad.Org a daxil olmuş açıqlamada deyilir:



-Son günlər saytlarda yer almış “Ayaz Mütəllimov İlham Əliyevə müraciət etdi: Foyemi əlimdən alırlar” başlıqlı yazıda heç bir araşdırma aparmadan, aidiyyəti qurumlarla əlaqə saxlamadan və məsələ ilə bağlı məlumat almadan yanlış və həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapmışdır. Belə ki, yazıda Bakı şəhəri Qurban Xəlilov, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinlərinin ümumi istifadədə olan foyesinin sənədləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi kimi məlumatlar yerləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar hazırlanarkən komitədən heç bir məlumat alınmamış və münasibət öyrənilməmişdir.



Əmlak Məsələləri Dövlət Komitəsi məsələ ilə bağlı aşağıdakıları bildirir:



Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 9736.6 kv.m olan 16 mərtəbəli bina üzərində “Turanlılar KO” LTD şirkətinin mülkiyyət hüququ qeydiyyata alınaraq, onun adına 26 noyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.



Binanın 9308 kv.m hissəsi 4 avqust 2000-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında “Turanlılar KO” LTD şirkəti tərəfindən tam xarici investisiyalı “Tapet Oil Gas Co LTD” Məhdud Məsuliyyətli Müəssisəyə satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında “Tapet Oil Gas Co LTD” MMM-nin mülkiyyət hüququ qeydiyyata alınmış və 6 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir.



Binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri müxtəlif vaxtlarda “Tapet Oil Gas Co LTD” MMM tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır.



Sonradan “Tapet Oil Gas Co LTD” MMM satılmış mənzillər və qeyri-yaşayış sahələri çıxılmaq şərti ilə binanın yerdə qalan hissəsinə öz adına dövlət reyestrindən çıxarışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir.



Hüquqi şəxsin həmin müraciətə əlavə etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq, binanın ümumi istifadədə olan 144.3 kv.m hissəsi (dəhliz, lift, pilləkən qəfəsi) istisna olmaqla, yerdə qalan 189.8 kv.m üzərində “Tapet Oil Gas Co LTD” MMM-nin mülkiyyət hüququ 4 oktyabr 2016-cı il tarixli, 1116066723 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasportla rəsmiləşdirilmişdir.



Qeyd edilməlidir ki, çoxmənzilli binaların ümumi istifadədə olan hissələrinin sənədləşdirilməməsi ilə bağlı məsələ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nəzarətdə saxlanılır.



Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar bəzi qərəzli şəxslərin məqsədyönlü şəkildə komitənin hüquqi fəaliyyətinə kölgə salmaq məqsədini daşıyır. Belə böhtan xarakterli məqalələr təxribatçılıq yaratmaq, komitənin iş fəaliyyətini pozmaq, komitə haqqında mənfi ictimai rəy yaratmaq məqsədi daşıyır. Qeyd edilməsi vacibdir ki, belə məqalələrdə iddia olunan “faktlar” araşdırılmadan yayılmış və komitənin münasibəti öyrənilməmişdir.

"Yazılanlar böhtandır" - DÖVLƏT KOMİTƏSİ TƏCİLİ AÇIQLAMA YAYDI

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Əfqanıstan prezidenti Kabildəki hücum görə talibləri ittiham edibSabah ölkə ərazisində havanın temperaturu 37-39 dərəcəyə yüksələcəkRusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblarƏfqanıstanda partlayış zamanı 11 nəfər həlak olubQəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olubErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 21 dəfə pozubArgentina Prezidenti yeni maliyyə naziri təyin edibAmerikalı aparıcı təyyarə qəzası nəticəsində ölübQazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olubAlyaskada qızılbalıqların kütləvi ölüm halı qeydə alınıbArgentinanın maliyyə naziri devalvasiya fonunda istefa veribABŞ-da təyyarə yaşayış evinin üzərinə düşübİstanbulda güclü yağış daşqına səbəb olub, 1 nəfər ölübKanadada səma dalğıcı möcüzəli şəkildə sağ qalıbAzərbaycan və Almaniya energetika sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edibXoşbəxt Yusifzadə: "Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır"ETSN: Xətaidə hasarlanan ərazidə ağacların qorunub saxlanması üçün məcburi göstəriş verilibSOCAR öz imkanları hesabına 2019-cu ilin II rübündə hasilat səviyyəsini sabit saxlamağa nail olubAğsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürübÇində restoranda partlayış nəticəsində 4 nəfər ölübZakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndiribSalyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xurşud kəndində səyyar-qəbul keçirmişdi