Tanınmış məşhur ekstrasens Etibar Nəsirli ilə müsahibə

Tanınmış məşhur ekstrasens Etibar Nəsirli ilə müsahibə
  • 18-09-2018, 01:59
  • 336 dəfə oxunub
Reklam

Tanınmış məşhur ekstrasens Etibar Nəsirli ilə müsahibə
Çox hörmətli Etibar müəllim, bu gün ekstrasensliyin insanların həyatında, ictima şuurunda rolu və təsiri nə dərəcədədir?
- Hər vaxtınız xeyir olsun. Bütün Azərbaycan xalqını salamlayıram. İlk suala cavab olaraq bildirmək istəyirəm ki, əlbəttə hər şeydən uca Uca olan Allahdır. Ulu Tanrı hər bir insanı yaradarkən onun taleyini, qismətini yazır. Amma insanlar necə yaşamasını, yəni yaşam tərzini özləri seçirlər, hər bir insan yaxşı yaşamaq istəyir. Amma, bəzəndə bunun əksi də olur. Təsadüfi səhvlər üzündən depressiyaya qatılır, ictimai qınağa çevrilirlər. Dost-tanış, qohum-əqraba arasında nüfuzunu itirirlər. Əvvəllər reytinqi-reputasiyası yüksək olan bir adam artıq özünü bitmiş hesab edir. Hərənin bir dərdi olur, kimi həkimə, kimi psixoloqa, bəziləri də bizlərə müraciət edirlər. Deməli, həmən insanlar özləri müəyyənləşdirirlər ki, kimlərə müraciət etmək lazımdır?! Çünki, insanlar hansı ünvana yollanırlarsa, ora ümidlə gedirlər. Həmin ünvandan da müsbət enerji alıb pozitiv geri dönməlidirlər. Ən vacib şərt isə inam olmalıdır. Bizlər isə çalışırıq ki, bu inamı doğruldaq. Yanımıza gələn ailələrə, qocaya, kişiyə, cavana öz köməyimizi əsirgəmirik.
Ekstrasensliyin konkret dinlə, elmlə hansı əlaqəsi var?
- Birmənalı olaraq bildirmək istərdim ki, ekstrasensliyin dinlə heç bir əlaqəsi yoxdur. Yaxşı olardı ki, bu işlə məşğul olanların özləri dinli-imanlı olsunlar, imanları kamil olsun. Axı, yanımıza pənah gətirən insanlarda bilməlidir ki, kim-kimdir? Əlbəttə hər şey tanrının əlindədir. Ekstrasensliklə məşğul olan məsul şəxs dinindən, irqindən, siyasi məsuliyyətindən, milliyətindən asılı olmayaraq başının üstündə Allahın varlığını duymalı, duydurmalı, sevməli, sevdirməlidir. Çünki, yer üzündə məxluqatı yaradan, göy üzündə göyün yeddi qatını yaradan o Uca Rəbbimizdir. O, ki qaldı hansı elmlə bağlılığı var, onu demək istərdim ki, bəlkə özü də bir elmdir. Bəziləri ekstrasensliyi Astronomiya elmi ilə, Psixologiya ilə əlaqəli olduğunu iddia edir. Məndə həmin insaların subyektiv fikirlərinə hörmətlə yanaşaraq demək istərdim ki, bütün elmlərin bir-birilə vəhdəti olduğu kimi – xalqın dili ilə desək qohumluq əlaqələri var.
Tanınmış məşhur ekstrasens Etibar Nəsirli ilə müsahibə
Hər hansı baş verə biləcək neqativ, bəd xəbər və bədbəxt hadisə olacağını öncədən bilən zaman hansı hisləri keçirirsiniz və onu hansı şəkildə posientə çatdırırsınız?
- Əlbəttə bu bizim üçün çox məsuliyyətli, çox çətindir. İstər Azərbaycanda, istərsə də Rusiyada belə çətin anlarla üzləşirik. Bizim yanımıza dərdli insanlar gəlirlər. Biz onların problemlərini, dərdlərini açıb deyəndə biz də pis oluruq. Moskva şəhərinin özündə anoloji hadisə ilə dəfələrlə üzləşmişəm. Adətən ölüm hallarında, müəyyən kriminal hadisələrdə oxşar hallar tez nəzərə çarpır. Bu bir qismətdir, bir insan taleyidir. Amma, sonda yenə insanlara ümid verib, hər şeydən uca Allahdır deyib, Allaha pənah aparmaqlarını söyləyirik. Çalışırıq insanlar yanımızdan müsbət enerji ilə ayrılsınlar. Bəli, bizim üçün çox çətindir.
Bu gün ekstrasenslik sahəsinə dövlətin münasibəti necədir?
- Bilirsinizmi, bütün dövrlərdə ekstrasenslik olub. Bəzən bizləri Münəccim də adlandırırlar. Münəccimlik isə hər zaman olub. Dövlət varsa bütün bunlar olmalıdır. Atilladan bəri münəccimlik olub və bunlarda tarixən davam edib. Bu tendensiya bu gündə davam edir. Bu dövlət hər birimizin dövlətidir. Biz bu dövləti sevirik, onun qanunlarına sayqı ilə yanaşırıq. Azad bir Dövlətin, azad vətəndaşıyıq. Amma, heç kəs də qanundan kənar hərəkət etməməlidir. Hər zaman Dövlətə borcumuzu, köməyimizi əsirgəmirik. Qanun çərçivəsində dövləimizlə əməkdaşlıq etməyə hər an hazırıq. Biz demokratik bir cəmiyyətdə yaşayırıq, demokratik ölkənin azad insanlarıyıq. Belə bir qurluşda müstəqil siyasi partiyalar, qeyri-hökümət təşkilatları, dini icmalar, iş adamları, müstəqil elm, təhsil, səhiyyə ocaqları çox olur. Kimsə kimi zorən harasa aparmır, insan müstəqil azad olduğu üçün öz seçimini də özü edir. Hər birimiz Dövlətə-Dövlətçiliyə xidmət etməliyik. Şükürlər olsun ki, Ulu Öndərimizin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasət bütün bunların bariz nümunəsidir. Hər zaman da Dövlətin qayğısını öz üstümüzdə hiss edirik. Düzdür bəzi insanlar bizlərə təzyiq olduğunu deyirlər. Əslində bu belə deyil. Heç kəs qanundan kənar hərəkət etməməlidir. Əlbəttə, Dövlət də öz nəzarətini etməlidir. Məndə öz adımdan, ailə adımdan Ali Baş Komandanımız cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu cür stabilliyi, dinc şəraiti bizlərə - sizlərə yaradıb, yaradır və yorulmadan çalışır.
Hörmətli Etibar müəllim bu gün ölkədə bu sahə ilə məşğul olan kifayət qədər insanlar var. Dövri mətbuatdan, televiziyalardan, KİV-dən, xəbər portallarından bu insanlar haqda kifayət qədər eşitmişik. Bir Etibar şəxsiyyəti olaraq bu insanlarla münasibətiniz, ünsiyyətiniz və onların peşələrinə - peşəkarlığına yanaşmanız necədir?
- Mən əvvəlki suala cavab olaraq qeyd etdim ki, tarixən münəccimlik olub və olacaqdırda. Dünyada məşhur Vofmestike, Nostradamus, Vanqa kimi dahi görücülər olub. Hər ölkənin öz məşhur ekstrasensləri olub və bu gündə var. Bizdə də görücü Məlahət xanım məşhur olub. Tovuzlu Fazilin özünə peşəkarlığına simpatiyam var. Moskvada həmyerlimiz Zirəddin haqqında hər birimiz eşitmişik. Şəxsi münasibətim olmasa da şəxsiyyətinə böyük hörmətim var. Ümumiyyətlə bu sahədə çalışan hər bir insana hörmətim sonsuzdur. Hər birinin subyektiv fikirlərinə - düşüncələrinə hörmətlə yanaşıram. Bilirsinizmi, hər bir görücü özünü müdrik bir insan, fenomen sayır. Əgər onu sayıb, seçib yanına gəlirlərsə, deməli ona inam var. Həmin insanlarda çalışmalıdırlar ki, o inamı qorusunlar. Birmənalı olaraq demək istərdim ki, mənim heç bir ekstrasenslə problemim yoxdur, hər birinə hörmətlə yanaşıram və işlərində uğurlar arzulayıram.
Dinə münasibətiniz necədir?
- Dinə münasibətim çox yaxşıdır. Bəzən dinlə dövləti qarışdırırlar. Əlbəttə din dövlətdən ayrıdı. Hər bir Allah yaratdığı bəndənin öz etiqad etdiyi dini var. İslam dini də dünya müsəlmanlarının etiqad etdiyi dindir. İslam dini böyük əxlaqdır, sayqılarım böyükdür. Mən bütün insanları öz dinlərinə hörmət etməyə çağırıram.
Etibar müəllim sizin yanınıza gələn posientlər hansı ümidlərlə, hansı hislərlə yanınıza gəlirlər və hansı əhval-ruhiyədə geri dönürlər?
- Bu yerinə düşmüş sualdır. Əlbəttə, insanlar yanımıza bir ümid qapısı kimi baxaraq pənah gətirirlər. Mxtəlif insanlar yanımıza gəlirlər. Qoca, cavan, qadın, kişi və ailələr yanımızda olurlar. Hərənin bir dərdi, problemi olur. Müəyyən ölüm hadisələrinin, kriminal hadisələrinin açılmasında yardımçı oluruq. Nəisə insanların üzünə söyləmək, hansı bədbəxt hadisələrin baş verə biləcəklərinin anonsunu birbaşa demək böyük məsuliyyət daşıyır. Amma, neynəmək olar bu bizim işimizdir. Bəzəndə xoş təsuratla geri dönürlər. Demək olar ki, yüz dəfə ölüb, yüz dəfə dirilirik. Yəni, sevinənlə sevinirik, kədərlənənin də kədərinə şərik oluruq.
Tanınmış məşhur ekstrasens Etibar Nəsirli ilə müsahibə
Etibar müəllim dünyada baş verən iqtisadi, ictimai-siyasi vəziyyət haqqında nə deyə bilərsiniz?
- Dünyada baş verən prosesləri hər birimiz diqqətlə izləyirik. KİV-dən, dünya mətbuatından hər gün ziddiyyətli xəbərlər alırıq. 2016-cı ildə iqtisadiyyatla bağlı geniş proqnoz vermişdim. Düzdür o vaxtlar bəzi mətbuat işçiləri məni lağ obyektinə tutdular. Sonda nə baş verdi, hər biriniz yaxşı bilirsiniz. Bəzi ölkələrdə iqtisadiyyatda tənəzzül baş verdi. Siyasi təlatumlar hələ də baş verməkdədir. Suriya böhranı hələ qutarmayıb. Bu haqda geniş yazılarım, müsahibələrim verilib. Vaxtından qabaq da bu proqnozları vermişdim.
Hansı məşhurlar yanınıza gəlir?
- Əlbəttə yanımıza çox insanlar gəlir, istər adi insanlar olsun, istərsə də cəmiyyətdə kifayət qədər məşhurlaşmış insanlar olsun. Mən bütün bunları bir balaca ailə sirri olaraq, elə bir sirr olaraq saxlayıram. Çünki, bu özlərinin xahişidir. Televiziya ekranlarından bizi tənqid atəşinə tutanların çoxusu bizim yanımızda olub, dərdlərini bizlə bölüşüblər. Axı dərdsiz insan olmur. Nə olsun ki, məşhur insanlardır. Hərçənd ki, belə insanların yaşam tərzi, həyat səviyyəsi ictimai rezonansa səbəb olub. Ona görə də biz bunları sirr olaraq saxlayırıq.
Sizin bu xalqa deyəcəkləriniz, arzularınız?
- Bizə bu sualları ünvanladığınız üçün çox hörmətli Hatəm müəllim sizlərə, kollektivinizə, kollegiyalarınıza təşəkkürümü bildirirəm. Geniş müsahibəyə yer ayırdığınız üçün sizə çox saq ol deyirəm. Azərbaycan xalqını salamlayıram. Qoy inşallah yaralı yerimiz olan Qarabağ məsələsi tezliklə çözülsün. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında əzəli torpaqlarımız olan Qarabağımız qayıtsın. O torpaqlarda toy-bayram edək. Qaçqınlarımızda öz dədə-baba yurdlarına qayıtsınlar.

Müsahibəni hazırladı: Azərbaycan İnformasiya Agentliyi “Azinfo.TV” xəbər portalının rəhbəri Hatəm Allahverdiyev

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıbYaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 77 nəfərə çatıbMDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçibGürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə əməliyyat keçirilib, 1 qadın saxlanılıbAzərbaycanda beş rayonun qaz təchizatında fasilələr olacaqNazirlik: Azərbaycanda işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaqAzərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıbMN: Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulubSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbTürkiyə ordusu "Barış pınarı" əməliyyatı çərçivəsində 653 terrorçunu zərərsizləşdiribFilippində güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar varABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə yola düşüblərMinsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər