BP: Gələn il “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunu qazmağı planlaşdırırıq

BP: Gələn il “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunu qazmağı planlaşdırırıq
  • 7-10-2018, 00:45
  • 214 dəfə oxunub
Reklam

Gələn il Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

Bu barədə “Şəfəq-Asiman” blokunun əhəmiyyətini şərh edərkən “BP Azerbaijan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli məlumat verib.

O xatırladıb ki, 2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi “Şəfəq-Asiman” üzrə 3 ölçülü seysmik tədqiqat proqramını başa çatdırıb və əldə edilən məlumatın təhlili aparılıb: “Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3 ölçülü seysmik tədqiqatdır. 2014-cü ilin birinci yarısında isə məlumatın təhlili tamamlanıb və onun interpretasiyasına başlanılıb. “Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədir”.

“Ümid edirik ki, bizim aparıcı texnologiyamız və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni kəşflərə gətirib çıxaracaq. “Şəfəq-Asiman” perspektiv strukturunun potensialı böyükdür. Bu, yeni “Şahdəniz” ola bilər”, - deyə “BP Azerbaijan”ın vitse-prezidenti əlavə edib.

Qreq Rayli deyib: “Blok üzrə bütün kəşfiyyat işlərinin xərclərini BP öz üzərinə götürüb. 2019-cu ildə “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Bu yataqdan hasil edilən təbii qaz gələcəkdə Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya nəql oluna bilər”.

Xatırladaq ki, BP və SOCAR Xəzərdəki “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair “Qarşılıqlı anlaşma haqqında” memorandumu 2009-cu ildə Londonda imzalayıblar. Sazişin qüvvədə olma müddəti 2010-cu ilin iyulunda başa çatıb. Bu memorandum BP-yə Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmağa müstəsna hüquq verib.

2010-cu il iyulun 6-da SOCAR və BP “Şəfəq” və “Asiman” perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair müqavilə imzalayıblar. Bu sənəd “Şəfəq” və “Asiman” dəniz blokları üçün hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edirdi. Həmin il oktyabrın əvvəlində isə BP ilə SOCAR “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalayıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən “BP Exploration (Caspian Sea) Ltd.” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya, SOCAR isə qalan 50 faiz paya malikdir.

“Şəfəq-Asiman” bloku təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.

Təxmini hesablamalara görə, “Şəfəq” və “Asiman” perspektiv strukturlarında qaz ehtiyatları 300-500 milyard kubmetr təşkil edir.


BP: Gələn il “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunu qazmağı planlaşdırırıq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Dörd qəsəbədə avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıbBaş Prokurorluq açıqlama yayıbOktyabr ayında Prezident İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞUMehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcəkSiyavuş Novruzov: "YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAMAğcabədiyə yeni icra başçısı təyin edilib - SƏRƏNCAMSabah sulu qar, qar yağacaq, güclü külək əsəcək“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıbŞahin Mustafayev: "2015-ci ildən bəri Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"Azərbaycanda onlayn tətbiqlə bağlı yeni qurğular fəaliyyətə başlayırRamil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edibDünyada ilk dəfə Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilibAQTA Bakıda bazarda reyd keçirib, kiloqramı 5 manat 50 qəpiyə satılan ət aşkarlanıbƏvəz Qocayev: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur - ÖZƏL FOTOLARDİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıbAzərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır“Facebook”a rəqib sosial şəbəkə yaradılıbTürkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıbAzərbaycanda tikinti şirkətindən oğurluq edilibErmənistan Baş Qərargahının rəisi işdən çıxarılır