Respublikamızda sahibkarlığın inkişafına heç kim və heç nə mane ola bilməyəcək.

Respublikamızda sahibkarlığın inkişafına heç kim və heç nə mane ola bilməyəcək.
  • 8-10-2018, 12:09
  • 416 dəfə oxunub
Reklam

Bakı şəhər, Yasamal rayonu, Ş.Bədəlov küçəsi, ev 8 mənzil 11-də yaşayan vətəndaş Qurbanov Bəhram Rasim oğlu redaksiyamıza müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona qarşı haqsızlıq, ədalətsizlik və hüquqlarının pozulması barədə məsələlərin araşdırılmasını və mətbuat vasitəsilə ictimailəşdirilməsini xahiş etmişdir. Apardığımız araşdırılmalar nəticəsində məlum olmuşdur ki Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 38-k ünvanında yerləşən keçmiş 4 saylı kolxoz bazarı AR İqtisadi İnkişaf Nazirliyinin (indiki AR Əmlak Məsələsi Dövlət Komitəsi) 220 saylı 29.09.2000-ci il tarixli sərəncamı əsasında “Azərbaycan Respublikasında dövlət əmlakinin özəlləşdirilməsinin” Dövlət proqramına müvafiq olaraq “Ticarət mərkəzi-4” ASC-yə çevrilmiş, qiymətli kağızlar bazarında sərbəst alqı-satqı yolu ilə Səhmdar Cəmiyyətin səhmlərinin 88.5-nin sahibi R.Qurbanov, İ.Qurbanov, Ş.Qurbanov və E.Şirinov olmuşdur. Lakin bazarın özəlləşdirməyə qədərki keçmiş direktoru M.Bağırov və müavini özəlləşmənin qanunsuzluğu haqda 2001-ci ildə məhkəmədə iddia qaldırmışlar. AR Apellyasiya Məhkəməsinin 23.05.2002-ci il və AR Ali Məhkəməsinin 09.10.2002-ci il tarixli qərarları ilə özəlləşmənin qanuni olduğu təsdiq edilmiş, iddia rədd edilərək təmin edilməmişdir. Qeyd etmək yerinə düşər ki, Ali Məhkəmədə M.Bağırovun kassasiya şikayətinə baxış zamanı, o, bazarın özəlləşdirilməsinin qanunsuzluğu haqqında iddia tələbindən və kassasiya şikayətindən imtina etmişdir.Bununlada Ali Məhkəmə həmin əsaslarla icraata xitam verilməsi haqda qərar qəbul etmişdir. 5 il yarım müddət keçəndən sonra keçmiş iddiaçıların müraciəti əsasında Xətai rayon məhkəməsi özəlləşmənin qanuniliyini araşdıraraq 24.01.2008-ci il tarixli Qətnamə ilə özəlləşməni qanunsuz hesab edərək iddianı təmin etmişdir.

Qətnaməyə əsasən müəssisə ilkin vəziyyətə qaytarılmış və bir il ərzində təkrar özəlləşdirilməyə hazırlanması haqda qərar verilmişdir. Qətnaməyə uyğun olaraq hüquqi varislik əsasında 4 saylı Kolxoz bazarının yerində “Ticarət Mərkəzi-4” MMC yaradılmışdır. Məhkəmənin müddət haqda qərarına zidd olaraq bazar 6 ildən sonra təkrar özəlləşməyə çıxarılmışdır.

AR ƏMDK-nın sədrinin 10.07.2014-cü il tarixli 203 saylı Sərəncam əsasında “ Ticarət Mərkəzi-4” ikinci dəfə özəlləşdirilməyə açıq elan edilməklə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq “8-ci km Ticarət Mərkəzi” ASC-yə çevrilmiş və 15.08.2014-cü ildə dövlət qeydiyyatına alınmışdır.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi səhmlərin investisiyası müsabiqəsi yolu ilə satışı nəticəsində qalib elan edilmiş Qurbanov Bəhram Rasim oğlu ilə ƏMDK-i arasında 23 yanvar 2015-ci ildə tarixdə İM-02 saylı səhmlərin alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən “8-ci km “Ticarət Mərkəzi” ASC-nin nizamnamə kapitalını (1.131.082 manat) təşkil edən səhmlərin 99,89 %-i investrisiya müsabiqəsinin yekunlarına müvafiq olaraq Qurbanov Bəhram Rasim oğluna, qalan 0,11%-i isə güzəştli qaydada vətəndaşlar S.Bağırova, A.Əliyeva, B.Qurbanova və A.Manafova satılmışdır Sonuncuların mülkiyyət hüququ dövlət reysterində 17.03.2016-cı ildə qeydə alınmışdır.

ƏMDK ilə Qurbanov Bəhram Rasim oğlu arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən vətəndaş Bəhram Qurbanov 6 ay müddətində müəssisənin inkişafına 1.180.760 manat həcmində investisiya proqramını həyata keçirməli, eyni zamanda dövlət büdcəsinə 312.000 manat, müəssisənin hesabına isə 23.616 manat nəğd pul köçürməli idi.

Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərə (4.2.1-ci, 4.2.2-ci və 7,5-ci bəntləri) tam əməl edilərək “8-ci km Ticarət Mərkəzi” ASC-nin balansına investisiyada nəzərdə tutulduğundan (23.616 manat) artıq həcmdə, 66.000 manat, dövlət büdcəsinə isə 312.000 manat məbləğində pul köçürülmüşdür.

Müqaviləyə (8.1-ci bənd) əsasən Alıcı (B.R.Qurbanov) investisiya öhdəliklərini yerinə yetirdikdən sonra səhmlər üzərində mülkiyyət hüququ ona keçir və müqavilə bitmiş hesab edilir.

Sənədlərdən aydın olur ki, B.Qurbanov Müqavilənin icrasına aid investisiya hesabatını mövcud qaydalara uyğun olaraq auditin müsbət rəyi ilə birlikdə 09.09.2015-ci ildə Dövlət Komitəsinə təqdim etmiş , hesabat və rəyə əsasən investor lahiyə üzrə investisiya qoyuluşunun həcmini artıqlaması ilə yəni 102% icra etmişdir. Komitə 12 ay ərzində investisiya proqramının icrasının vəziyyəti haqda həmin hesabatla bağlı heç bir irad bildirməmiş və bu məqsədlə hər hansı təftiş monitorinqi aparmamışdır.

11 avqust 2015-ci ildə tərtib olunmuş aktda auditin rəy və təklifində göstərilir ki, investor investisiya qoyuluşunun müqavilə öhdəliklərini tam yerinə yetirmiş , investisiya proqramında nəzərdə tutulmuş 1.180.760.0 manat əvəzinə 1.189.476.0 manat məbləğində iş yerinə yetirilmişdir ki, bu da nəzərdə tutulan investisiya qoyuluşunun artıqlaması ilə yerinə yetirildiyini sübut edir. İnvestisiya proqramı çərçivəsində 1.520 kv.m yeni xidmət sahələri və ya 700 yeni iş yerləri açılmışdır ki, bu da işsizliyin ləğvi və yeni iş yerlərinin açılması barədə Dövlətimizin Proqram müddəalarına tam şəkildə cavab verir.

10 sentyabr 2015-ci ildə Qurbanov Bəhram Rasim oğlu ƏMDK-nə təqdim olunan müqavilə öhdəliklərinin icrası ilə bağlı yekun hesabatla birlikdə ƏMDK-nin sədr müavini cənab Rüstəm Şahbazova da ərizə ilə müraciət ünvanlayır.

“Hörmətli Rüstəm müəllim !

“8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin alqı-satqısı ilə əlaqədar mənimlə ƏMDK-i arasında bağlanmış 23 yanvar 2015-ci il tarixli İM-02 saylı müqavilədə nəzərdə tutulmuş öhdəliklər tərəfimdən icra olunmuş və bununla bağlı müstəqil auditor şirkəti tərəfindən təsdiq olunmuş yekun hesabat hazırlanmışdır.

Yekun hesabatı Komitəyə təqdim etməklə alınmış səhmlər üzərində mülkiyyət hüququnun adıma rəsmləşdirilməsi ilə bağlı zəruri köməklik göstərməyinizi xahiş edirəm.

Hörmətlə B.R.Qurbanov”

Hadisələrin sonraki inkişafında ƏMDK-i Qurbanov Bəhram Rasim oğlu tərəfindən müqavilə öhdəliklərinin icrası ilə bağlı 10.09.2015-ci ildə Dövlət Komitəsinə təqdim etdiyi yekun hesabatı təsdiq etmək məqsədi ilə Komitəınin xüsusi komissyasının yetərsay tərkibli ilk iclası 2016-cı ilin fevral ayında Komitənin binasında, növbəti səyyar iclası isə 2016-cı ilin mart ayında “8-ci km Ticarət Mərkəzi” ASC-nin akt zalında keçirilmişdir.İlk iclasda komissiya üzvləri investisiya layihəsinin icrası ilə bağlı alıcının hesabatı və auditin müsbət rəyi ilə ətraflı tanış olmuş, səyyar iclasda isə investisiya layihəsinin icrasına aid vəziyyətlə bağlı yerində baxış keçirmişlər.Komissiyanın 2-ci iclasında iştirak etmiş komissiya üzvləri görülmüş işləri müsbət qiymətləndirərək investora xeyir-dua diləmişlər. İnvestorun təqdim etdiyi yekun hesabatın qəbul və təsdiqi üçün bütün qanuni və faktiki əsasların mövcud olmasına baxmayaraq müqavilənin şərtlərini pozan Komitə investorun səhmlərə mülkiyyət hüququnu rəsmiləşdirməyərək hərəkətsizliyə yol verdiyindən investor tərəfindən 09.06.2016-cı ildə Dövlət Komitəsinin Apellyasiya Şurasına şikayət verilmiş, Şuranın 30.06.2016-cı il tarixli iclasının 20 saylı qərarı ilə şikayət qismən təmin edilmiş və bu qərarda əsassız olaraq göstərilmişdir ki, guya Maliyyə Nazirinin nümayəndəsi komisyada iştirak etmədiyi üçün xüsusi komissiya formalaşmamışdır. Baxmayarq ki, mövcud qaydalara əsasən, komissiyanın hər hansı bir üzvünün iştirak etməməsi onun iclasının yetərsay olmasını pozmur. İnvestor ƏMDK-nın Apellyasiya Şurasının qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına 28.07.2016-cı ildə şikayət ərizəsi ünvanlayaraq pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Prezident yanında Apellyasiya Şurası 28.10.2016-cı il tarixli 14 saylı qərarla Dövlət Komitəsi Apellyasiya Şurasının qərarını qanunsuz olduğundan ləğv etmiş və mahiyyəti üzrə yeni qərar qəbul etmişdir.

Qərarın çıxmasından (28.10.2016) düz bir ay sonra (28.11.2016) Dövlət Komitəsi yenidən, əslində 3-cü dəfə xüsusi komissiyanın iclasını təşkil etmiş və bu iclasda investorun, yəni Qurbanov Bəhram Rasim oğlunun iştirakını təmin etməyərək onun icra hesabatını bir daha müzakirəyə çıxarmışdır. Bu dəfə müzakirəyə yenə də investorun, yəni icraya məsul şəxsin iştirak etmədiyi hansısa monitorinqin nəticələri təqdim edilmiş, komissiya üzvlərinə birtərəfli, əslində qərəzli məlumat təqdim edilmiş, investorun icra hesabatına aid Komitəyə təqdim edilmiş digər iki müstəqil auditorun müsbət rəylərini komissiyaya təqdim etməmişdir.

Baxmayaraq ki, xüsusi komissiyanın işinin təşkili haqda Prezident yanında Apellyasiya Şurasının məlum qərarında birmənalı, qəti göstəriş verilmişdir ki “Şikayətçinin dəliləri işin bütün halları tam hərtəfəli və obyektiv araşdırılsın, qanuni və ədalətli qərar qəbul edilsin”. Bu göstərişlər, təəssüf ki, Komitə tərəfindən tam tərsinə həyata keçirilmiş, bu zaman nazirliklərin və digər dövlət orqanlarının nümayəndələrindən təşkil olunan xüsusi komissiya üzvlərini investorun, hesabat sahibinin iştirakı təmin olunmamış iclasda, bilərəkdən yanlış məlumatlandırma üsulundan sui-istifadə etməklə investisiyanın icra vəziyyəti haqda komissiya üzvlərində qərəzli mənfi rəy formalaşdırılmışdır. Nəticədə Dövlət Komitəsinin sədr müavini R.Cəlilovun imzası ilə 01.12.2016-cı ildə investora yazılı bildiriş göndərilərək məlumat verilmişdir ki, “xüsusi komissiyanın 28 noyabr 2016-cı il tarixli iclasında yekun hesabatınızın qəbul və təsdiq edilməməsi ilə bağlı qərarları, eləcə də müqavilənin ləğv edilməsinə dair tövsiyəni nəzərə alaraq müqaviləyə xitam vermək niyyəti haqqında bildiriş təqdim olunur”.

Beləliklə ƏMDK-i investor Qurbanov Bəhram Rasim oğlu ilə bağlamış olduğu 23 yanvar 2015-ci il tarixli İM-02 saylı müqaviləyə birtərəfli qaydada xitam verərək heç bir qanuni tələblərə məhəl qoymadan, qanuna zidd qərarlar qəbul edərək onun bütün əmlak hüquqlarını da pozmuş, investisiya proqramı çərçivəsində müəssisəyə qoyduğu həm nəğd pulu , həm də əmlakı qaytarmamış, bununla da qanunsuz formada investorun, Qurbanov Bəhram Rasim oğlunun əmlakını qeyri-qanuni şəkildə mənimsəmişdir.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət.



Surəti: I Vitse-Prezident Mehriban xanım Əliyevaya



Surəti: AR.Baş Prokuroru cənab Zakir Qaralova



Surəti: A R DİN cənab Ramil Usubova




Surəti: AR Ədliyyə Naziri cənab Fikrət Məmmədova



Surəti: İqtisadi-İnkişaf naziri cənab Şahin Mustafayevə



Surəti: ƏMDK-nin sədri cənab Kərəm Həsənova



Hörmətli cənab Prezident! Ümummilli Liderimiz, Müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi cənab Heydər Əliyev bütün ömrü boyu mənalı həyatını Azərbaycan Dövlətinin inkişafına, çiçəklənməsinə, Azərbaycan xalqının maddi rifah halının yaxşılaşdırılmasına və xoşbəxtliyinə sərf etmiş, dövlətçilik, qanunun aliliyinin qorunması, idarəçilik və hüquqi-dünyəvi dövlət quruculuğu prinsiplərini bu xalqa miras qoyub getmişdir. Hər bir Azərbaycan vətəndaşı bu mirasın layiqli davamçısı kimi Sizi sevir və Vətənimiz Azərbaycanın inkişafı yolunda apardığınız daxili və xarici siyasəti dəstəkləyərək, hər an özlərini Sizin yanınızda hiss edərək Sizə güvənir.

Hörmətli Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ƏMDK-nin təşkil etdiyi səhmlərin investisiya müsabiqəsi nəticəsində “8-ci km Ticarət Mərkəzi” ASC-nin nizamnamə kapitalının 99,89%-ni təşkil edən 514981 ədəd (1.131.082 manat) səhmlərini alaraq qalib gəlmiş sahibkar Qurbanov Bəhram Rasim oğlu ilə ƏMDK-i arasında 23 yanvar 2015-ci il tarixində İM-02 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Fəaliyyəti dövründə B.Qurbanov 1.520 kv.m yeni xidmət sahələri və ya 700 iş yerlərinin açılmasına nail olmuşdur.Həmin iş yerlərinin tam fəaliyyəti üçün normativlərə uyğun iş şəraiti yaratmaq məqsədi ilə kifayət qədər vəsait xərcləmişdir. Elektrik xətlərinin, su və sanitar qovşaqlarının yeniləşdirilməsi, yanğından mühafizə avadanlıqlarının standartlara uyğun təmin və təchiz edilməsi və s. və i.a bu tədbirlər planına uyğun şəkildə həyata keçirilmişdir.Yaradılmış iş yerlərində qaçqınlar, şəhid ailələri və Qarabağ döyüşlərində əlil olmuş və müxtəlif təbəqələrdən olan vətəndaşlarımız işlə təmin olunaraq ailələri üçün maddi yaşayış xərclərini təmin etmişlər. Lakin ƏMDK-nin Bəhram Qurbanovla bağladığı müqaviləni birtərəfli qaydada ləğv etdikdən sonra həmin vətəndaşlar öz iş yerlərini itirərək böyük çətinliklər içərisində yaşamağa başlamışdır.ƏMDK-nin əməkdaşları tərəfindən təhqir olunan və təhdidlərə məruz qalan, müəssisənin ştat cədvəli üzrə fəaliyyət göstərən 40-a qədər işçisi bir ay müddətində kütləvi şəkildə işdən qovulmuşlar. Dəfələrlə ƏMDK-nə müraciət edən şəxslərin qanuni tələblərinə heç bir müsbət reaksiya verilməmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Apellasiya Şurası kimi möhtəbər bir qurumun qərar və tapşırıqlarına məhəl qoymayan Komitə tabeliçiliyində olan Apellesiya Şurasının qərarını rəhbər tutaraq öz iddialarını həyata keçirmişlər.

Cənab Prezident! Ölkədə sahibkarlığın inkişafı ilə bağlı Sizin tərəfinizidən son dövrlərdə qəbul olunmuş qərar və sərəncamlar sahibkarlıq subyektlərinin və investisorların səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar yaratmışdır.Sizin bu sahəyə diqqət və qayğınızı hiss edən sahibkarlar vətənimiz müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün yorulmaq bilmədən vicdanla fəaliyyət göstərirlər. Lakin bəzi dövlət qurumlarının rəhbərləri öz vəzifələrindən sui-istifadə edərək Sizin tərəfinizdən qəbul edilən fərmanlara və sərəncamlara məhəl qoymadan öz maraqları naminə çirkin yollara və vasitələrə əl ataraq Respublikada vüsət alan dinamik inkişafa maneçilik törədirlər və bununla da cəmiyyətdə Prezidentlə xalq arasında bir uçurum yaratmağa çalışırlar.

Cənab Prezident! Çıxışlarınızda dəfələrlə bəyan etmisiniz ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Ona görə də Sizə müraciət edirik.Bu qədər insanların işsizliyinə səbəb olan , heç bir qanunun tələblərinə məhəl qoymayan, mənəm-mənəmlik iddiası ilə yaşayan, cəmiyyətdə narazılıq yaradan ƏMDK-nin maraqları və məramları nədən ibarətdir ?!!

Hörmətli Prezidentimiz Cənab İlham Əliyev, biz Sizə güvənərək inanırıq ki, ƏMDK-i tərəfindən investor Qurbanov Bəhram Rasim oğlunun pozulmuş hüquqlarının bərpa olunması, münaqişənin hərtərəfli araşdırılması üçün aidiyyati dövlət qurumlarına lazımi göstəriş və tapşırıqlar verərək, ədalətin və qanunun aliliyinin bərpa olunmasına öz kömək və yardımınızı əsirgəməyəcəksiniz.Biz buna inanırıq və əminik.

Hörmətlə : “8-ci km Ticarət Mərkəzi”-nin bir qrup işdən qovulmuş Azərbaycan vətəndaşları və dövlət reyestrində qeydə alınmış səhmdarlar.

P.S.: Qarşı tərəfin də fikirlərin dinləməyə hazırıq.


Mənbə : AZPRESS.NEWS




Respublikamızda sahibkarlığın inkişafına heç kim və heç nə mane ola bilməyəcək.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DSX hava limanında 2 elektron qapı quraşdırıbBu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıbHeydər Əliyev- xalqın ehtiram ünvanı - MƏQALƏXaçmaz DAİM - də işlər uğurla həyata keçirilir.Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıbƏrdoğan: "Suriyanın şimalında məcburi köçkünlər üçün yaşayış məntəqələrinin inşasına başlamışıq"ABŞ Serbiya və Venesuela vətəndaşlarına sanksiya tətbiq edibKürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürübGürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alınıbBaş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıbBu ilin əvvəlindən dünyada 1 trilyon dollar rüşvət verilibAzərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı veribPrezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıbARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənibAlmaniya deportasiya xərclərini tələb edəcəkAzərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıbAzərbaycanın ixrac missiyası DubaydadırAzərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müəyyənləşibRusiyalı nazir: "Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir"Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunubAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə endirə bilər