Nəhəng bank Azərbaycan manatında istiqraz buraxacaq

Nəhəng bank Azərbaycan manatında istiqraz buraxacaq
  • 22-10-2018, 00:07
  • 210 dəfə oxunub
Reklam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq səviyyəsindən çox məmnun olduğunu qeyd edərək bankın Azərbaycanın iqtisadi layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev bu layihələr sırasında böyük önəm daşıyan Cənub Qaz Dəhlizinə Asiya İnkişaf Bankı tərəfindən 1 milyard dollardan çox kredit ayrıldığını qeyd etdi və bankın bu layihəyə maliyyə dəstəyi göstərən ilk beynəlxalq bank olduğunu xüsusi vurğulayıb.

Dövlətimizin başçısı bununla yanaşı, bank tərəfindən bir sıra digər infrastruktur layihələrinə, o cümlədən elektrik enerjisi layihələrinə təqribən 250 milyon dollar, dəmir yolu layihələrinə 400 milyon dollar həcmində kreditlərin ayrılmasını yüksək qiymətləndirib.

2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə bankın qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti ölkəmizin artıq bu il vaxtından xeyli əvvəl qaytardığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirdiyini deyib.

Dövlətimizin başçısı Azərbaycanın Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlanmasının əhəmiyyətini qeyd edərək bankın özəl sektora dəstək verilməsi istiqamətində fəaliyyətinin önəmini vurğulayıb. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər veriləcəyini bildirib.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan irriqasiya sistemlərinin qurulmasında yeni, müasir texnologiyaların tətbiqi məsələləri ilə bağlı Asiya İnkişaf Bankının dəstəyində maraqlıdır.

Dövlətimizin başçısı Asiya İnkişaf Bankının regional əməkdaşlıqda rolunu qeyd edərək bu qurumun gələcəkdə ölkələr arasında nəqliyyat və logistika sahələrində əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib

Əməkdaşlığımızın uğurlu inkişafına toxunan Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Azərbaycanda keçirilən 48-ci illik toplantısının əlaqələrimizin genişlənməsində mühüm hadisə olduğunu bildirib və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın səfərinin görülən işlərin və gələcək layihələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırıb.


Asiya İnkişaf Bankının vitse-prezidenti bildirib ki, Azərbaycan 1999-cu ildən bu banka qoşulduğu vaxtdan keçən dövr ərzində əməkdaşlığımız uğurla inkişaf edir və o, bu əməkdaşlığı böyük tərəfdaşlıq əlaqələri kimi dəyərləndirib Vençay Janq bu dövrdə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 4 milyard dollardan yuxarı kreditlər və maliyyə zəmanətləri verildiyini və bundan başqa, texniki dəstəyin göstərildiyini qeyd edərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayın. O, bu baxımdan bankın 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının işlənib hazırlanmasının önəmini vurğulayıb.

Azərbaycanın son illərdə makroiqtisadi sabitliyin gücləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri vurğulayan Vençay Janq dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsinə Asiya İnkişaf Bankı tərəfindən hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirib.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını bankın prezidentinə çatdırmağı xahiş edib.

Nəhəng bank Azərbaycan manatında istiqraz buraxacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Türkiyə XİN başçısı: "Möhlətin başa çatmasına 35 saat qaldı"Xəzərdə zəlzələ olubSalyanda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.İsveçrənin məşhur bankı Azərbaycanda əməkdaşlıq imkanlarını araşdırırErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 23 dəfə pozubABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcəkAVRO-2020-nin himninin müəllifi məlum olubDünyada ən uzun birbaşa aviareys rekordu qeydə alınıbAzərbaycan hökuməti gələn il üçün inflyasiya və manatın məzənnəsinə dair proqnozunu açıqlayıbRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: “Hillari Klinton ağlını itirib”Alimlər “Ebola” virusu barədə xəbərdarlıq ediblərSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbSiyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıbHonkonqda növbəti razılaşdırılmamış aksiya keçirilirPKK terrorçularının açdığı atəş nəticəsində Suriyada 1 türk əsgəri şəhid olubBarselonada polis etirazçıları dağıtmaq üçün rezin güllələr tətbiq edibLondonda "Brexit"in on minlərlə əleyhdarı aksiya keçiribBərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıbKuba prezidenti Azərbaycana səfər edəcəkBŞBPİ: "Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb"