Müəllimlik, mükəmməllik, müqəddəslik - MÜSAHİBƏ

Müəllimlik, mükəmməllik, müqəddəslik - MÜSAHİBƏ
  • 30-10-2018, 02:54
  • 169 dəfə oxunub
Reklam

İqtisad.Org , Tezadlar.Az saytının Ofelya müəllimədən aldığı müsahibəni sizlərə təqdim edir :




Məktəb şagirdlərə bilik, yüksək nizam-intizam öyrətməklə yanaşı həm də onları şəxsiyyət kimi formalaşdırıb, cəmiyyətə təqdim edən bir məbəddir. Bu məbəddə şagirdlərə təhsillə yanaşı insanlıq, yaxşılıq, doğruluq, vətənpərvərlik, milli mənsubiyyət, dinimizə və dilimizə sevgi kimi ali dəyərlər də aşılanır. Bu kimi dəyərlərin öyrədicilərindən biri Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbin sinif müəlliməsi Ofelya Babayevadır.
Qısa tanıtma: Ofelya Ağabala qızı Babayeva. 2 iyun 1967-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub. 1974-cü ildə həmin kəndin orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1984-cü ildə orta məktəbi bitiib.
1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki APU-nun) “Fizika İnformatika” ixtisasına qəbul olmuş,1990-cu ildə həmin ixtisası tamamlayıb. 1991-ci ildə Xətai rayonu 88 saylı tam orta məktəbində işə qəbul olub.1994-cü ilin sentyabr ayında iş yerimi dəyişdirərək 261 saylı tam orta məktəbə Fizika müəlllimi təyin edilib.
1997-ci ildə “Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən hazırlanması “ İnstitutunu bitirib, Xətai rayonu 95 saylı tam orta məktəbə “İbtidai sinif müəllimi” peşəsinə qəbul edilib.2008-ci ilin oktyabr ayından 31 oktyabr 2014-cü il tarixə qədər 95 saylı məktəbində direktor müavini vəzifəsində çalışıb.Hazırda həmin məktəbdə ibtidai sinif müəllimi kimi fəalliyyət göstər.
Ofelya müəllimə elə ilk vaxtlardan qabaqcıl təhsil işçisi kimi tanınıb. Gənc müəllimə tezliklə pedaqoji və şagird kollektivinin rəğbət və hörmətini qazanıb. Azərbaycan təhsilinin inkişafındakı xidmətləri Təhsil nazirliyi, pedoqoji kollektiv tərəfindən yüksək qiymətləndirilib, o, gənc nəslin təlim- tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə bir çox diplomlar ilə təltif edilib.
Fizikadan ibtidai sinif müəllimliyinə. Nədən?
Balacaların maraq dünyası məni o qədər cəzb elədi ki, sehrlənmiş kimi oldum. Təmizliklə təmas, deyək. Yaxşısı budur ki, ilk öyrəndiyim pedaqoji porsesdən başlayaq. Sinif müəllimi olmağa hazırlaşan tələbə öyrənir ki, onun ali məktəbdə aldığı təlimdə tərbiyə və təhsil də, I-IV siniflərdə verəcəyi təlimdə, tərbiyə və təhsil də bu və ya digər dərəcədə vəhdət təşkil edir. Onların vəhdətdə olması nə deməkdir? Bu, o deməkdir ki, əvvəla, təlim, tərbiyə və təhsil kateqoriyalarından hər birinin əlamətləri müəyyən dərəcədə digərində iştirak edir. İkincisi, adları çəkilən kateqoriyalar, real həyatda, az da olsa, bir birini tamamlayır. Bunları öyrəndinsə, sinif müəllimi olmaq çətin olmayacaq. Onu da qeyd edim ki, Dərsdə öyrədilən mövzunun məzmunu, onun öyrənilmə üsulları, müəllimin nitqi, irəli sürdüyü fikrin sübut tərzi, müəllimin necə geyindiyi, dərsdə özünü necə apardığı, şagirdlərə, tələbələrə münasibətinin xarakteri kimi dərsin saysız hesabsız cəhətləri onların nəinki bilik səviyyəsinə, nəinki onların tərbiyəlilik səviyyəsinə, hətta psixoloji qüvvələrinin inkişaf səviyyəsinə bu və ya digər dərəcədə təsir göstərir.
Sinif müəlliminin məsuliyyəti böyükdür. Əvvəla, sinifdə xalqın, cəmiyyətin, dövlətin gələciyi formalaşdırılır. Ölkəmizin bütün sahələrində, həm sosial-iqtisadi və həm də mədəni-siyasi sahələrində indi fəaliyyət göstərən və gələcəkdə də fəaliyyət göstərəcək mütəxəssislər ibtidai siniflərdən başlayırlar. Tədris müəssisələrində gənc nəslin aldığı təlim, tərbiyə və təhsilin səviyyəsi, gənc nəsildə formalaşan psixoloji qüvvələrin səviyyəsi ölkəmizin bütün sahələrində əks səda verir. Tədris müəssisələrimizdə həyata keçirilən təlim, tərbiyə və təhsilin səviyyəsi nə qədər yüksək olursa, sosial-iqtisadi və mədəni-siyasi həyatda uğurlarımız da bir o qədər artır; təhsildə qüsurlar olduqda isə cəmiyyət əziyyət çəkir, yeni-yeni problemlər yaranır. Bəzi müəllimlər ibtidai təhsilin mahiyətindən məlumatlı deyillər. Sinif müəllimləri bilməlidirlər ki, həmin siniflərdə təhsilin məzmunu dövlət sənədi olan tədris planı ilə müəyyənləşdirilir. Tədris planında sadalan fənlər və nəzərdə tutulan iş formalarının mahiyyəti altı cəhətdən səciyyələndirilir: təhsilin ümumiliyi, təhsilin vahidliyi, təhsilin əmək istiqamətli olması, təhsilin məzmununda politexnik əlamətlərin olması, təhsilin milli dəyərlərdən qidalanması, təhsildə fərdi qabiliyyətlərin nəzərə alınması.
Cəmiyyət inkişaf etdikcə, özü ilə birlikdə həyatın nəbzini tutan, aydın fikirli, ağıllı addımlar ataraq, yüksəkliyə ucalmaq istəyən uşaqlar, yeniyetmələr yetişdirir. Yetişdirici rolunu ən əsas müəllim oynayır. Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır.Yalnız o,pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır,öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin,həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir.
Bu yaxınlarda şagirdim Mürşüd Əzimovun anası Aygünlə görüşdüm. O da müəllimədir. Oğlu haqqında fikirlərimi bildirdim: "Çalışqan və məsuliyyətlidir. Düşüncə qabiliyyəti yüksəkdir. Çətinlikdən qorxmur, qarşısına qoyduğu məqsədinə çatmağa çalışır. Hər şeyi bilməyə, birinciliyə can atır. Davranış qaydalarına riayyət edir. Xarakter etibarı ilə həssas və xeyirxahdır. İctimai işlərdə, sinif tədbirlərində yüksək fəallıq göstərir. Üstün cəhətlərindən biri də əməksevərliyidir. Mən bir müəllim kimi Mürşüddən çox razıyam. Onun parlaq gələcəyi var. Amma nəzarət edilməlidir”.
Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edirlər, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər.
Məncə hər sahədə yenilikləri tətbiq etmək digər insanlar üçün əlverişlidir. Bu sahələr sırasında müəllim sənəti də həmişə yeniliklər tələb edən sənətdir. Şagird,tələbə, ümumilikdə hər bir öyrənci müəllimdən yeni metodika tələb edir. Bu gün bir çox müəllimlər var ki, hələ də sovet dövründə öyrəndiklərini tətbiq edirlər.
Bəzi orta məktəblərdə ixtisaslı kadr olmadığından "Həyat bilgisi" kimi fənlərin kimlər tərəfindən tədris edilməsi hər zaman müzakirə mövzusu olub. Bizim məktəbdə bəzi fənlər üzrə xüsusi ixtisaslı müəllimlər çalışır. Amma bu fənlərin həm də aşağı siniflərdə tədrisi ibtidai sinif və ixtisas müəllimləri arasında mübahisə yaradır: Fiziki tərbiyə, Musiqi, Texnologiya, Təsviri incəsənət fənlərinin ibtidai sinif müəllimi, yoxsa, bu sahələr üzrə ixtisaslı kadrlar tərəfindən tədris olunması sual doğurur. Bəzən, bu fənlər üçün uyğun ixtisaslı müəllimlər olsa da onların tədrisi ibtidai sinif müəllimlərinə tapşırılır. Mən "Həyat bilgisi"ni şəxsən özüm tədris edirəm və bunu doğru hesab edirəm.
Orasını da qeyd edim ki, qanunvericiliyə əsasən, ibtidai siniflərdə Fiziki tərbiyə, Musiqi, Texnologiya və Təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. Amma yalnız ibtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə Xarici dil və İnformatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.
Əgər bir müəllim komyuterlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, bu şagirdə nə dərəcə də bilik verə bilər? Bundan başqa indi dünya üzrə yeni metodikaların bəzilər kompyuter vasitəsilə həyata keçirilir. Əgər dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir.
Bu kimi vasitələr əsasında ibtidai sinif şagirdləri sosial-iqtisadi həyatın müxtəlif sahələrində aparılan quruculuq işləri ilə tanış olur, orada istifadə olunan çeşidli maşınların, qurğuların adlarını öyrənir, imkan düşdükcə onların işini müşahidə edirlər; fiziki, kimyəvi, bioloji qanunların kənd təsərrüfatında, inşaatda tətbiqinə dair ilkin məlumatlar əldə edirlər. Müxtəlif fəaliyyət sahəsində işlədilən ölçmə, nişanlama, hesablama, qrafika və s. üzrə məlumatları da deyilənlərə əlavə etmək lazımdır.
Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı ibtidai sinif müəllimlərinin də bilikləri qiymətləndirildi. Orda da fikirlər səsləndirilir ki, uşaqlar çox yüklənir. Bunun nəticəsində artıq ibtidadi siniflərdə də repetitorluq genişlənməyə başlayıb. Bu məsələlərin həlli üçün müəllimlərin səriştəsi, kompitensiyası artırılmalıdır. Onların çoxu öz üzərində işləmir.
Yenidən söhbəti sinif müəllimliyinə qaytarmaq istəyirəm. Müəllimlik peşəsinin fanatı olmayan adamın bu sahədə işləməsi çətindir. O adamda bir neçə özəl xüsusiyyətlər birləşməlidir. İbtidai sinif müəlliminin böyük, geniş bilik dairəsi olmalıdır. Çünki biz ibtidai sinifdə yalnız hərfləri öyrətmirik. Bir çox elmlərin, akademik biliklərin bünövrəsi orada qoyulur. Sinif müəllimi uşaq ədəbiyyatını gözəl bilməli, milli-mənəvi dəyərlərə yiyələnməli, uşaqların psixologiyasına bələd olmalıdır. Yaxşı və sevilən müəllim olmaq üçün çalışmaq, öyrənməklə yanaşı, yuxusuz gecələr də əsas şərtlərdən biridir. Balacalar hər cür suallar verirlər. Bacarırsansa, cavab vermə. Qəlblərində qopan tufan sənə də sirayət edəcək.
Bizim tədris planımız şagirdlərə imkan verir ki, onlar öz qabiliyyətlərini istədikləri sahədə: dildə, riyaziyyatda, musiqidə, təsviri incəsənətdə, tətbiqi incəsənətdə, idmanda, ədəbi yaradıcılıqda, texniki yaradıcılıqda, və s. və i.a. sahələrdə
inkişaf etdirsinlər. Bundan əlavə, aşağı sinif şagirdləri üçün dərsdənkənar müxtəlif fəaliyyət formaları da təşkil edilir. Bir sinif müəllimi kimi şagirdlərin meyl və maraqlarını nəzərə alaraq onların dərsdənkənar fəaliyyətlərinə istiqamət verə bilirik.
İbtidadi təhsilin qarşısında qoyulan məqsədlərə çatmaq üçün müəllimlər təkcə mövcud ədəbiyyata yox, başqa ölkələrin təhsil sisteminin ədəbiyyatına da müraciət etməlidirlər. İbtidadi təhsilin qarşısına qoyulmuş məqsədlər dünyanın hər yerində eynidir. Eyni zamanda dərsliklərin yeni monitorinqi aparılmalıdır. Dərsliklərdəki çətinliklər, anlaşılmazlıqlar, dil problemləri aradan qaldırımalıdır. Biz çox zaman təhsilin yuxarı pillələrinə üstünlük veririk, ancaq təhsilin aşağı, yəni ibtidadi pilləsi hər şeydən vacibdir.
İbtidai təhsil pilləsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxətt qaydalarının, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehtiyatının tədricən zənginləşdirilməsi, ən zəruri qramamtik qaydaların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur. İbtidai sinif şagirdlərində bədii sözə həssas münasibət hissləri tərbiyə etmək onların həm nitq və təfəkkürünün inkişafına, həm də intellekt qabiliyyətlərini inkişaf etdirən Ana dili fənni digər fənlərin öyrənməsinə də güclü təsir edir. Məktəbdə bu vəzifəni yerinə yetirən ən təsirli vasitələrdən birini ədəbi nümunələrinin tədrisi prosesində poetika üzrə aparılan işlər təşkil edir. Poetikanın əsas xüsusiyyətlərini öyrətmək üçün müəllim özü bir ədəbiyyatşünas kimi onun ən incə xüsusiyyətlərini dərk etməlidir. Müxtəlif təhsil texnologiyalarının tətbiq olunduğu müasir şəraitdə milli keyfiyyətlərimizi qoruyub saxlayan ədəbi nümunələrin yüksək səviyyədə tədrisi bu gün xüsusilə zəruridir.
Biz şagirdlərə təkcə pedoqoji-nəzəri hazırlıq deyil, həm də yüksək əxlaqi-mənəvi keyfiyyətlər, o cümlədən vətənpərvərlik aşılayırıq.
Uşaqlara milli ənənələrimizin, ata-anaya, böyüyə, müəllimə hörmət hissləri tərbiyə etmək sahəsində müəllimlərin vəzifələrini aydınlaşdırmağı müasir təhsilimizin
vacib problemlərindən hesab edərək, yeni texnologiyalara sadiq qalmaqla yanaşı milli keyfiyyətlərimizi qoruyub saxlamağı başlıca amil kimi götürməyi zəruri hesab edirik.
Biz Ofelya Babayevanı tanıdıq. Bildik ki, müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir. Tam əmin olduq ki, müəllimlik müqəddəslikdir



Müəllimlik, mükəmməllik, müqəddəslik - MÜSAHİBƏ

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 50 ədəd kömür kisəsi yanıbNaxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilibTürkiyə ordusunun 3 əsgəri şəhid olubAzərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcəkSabah 35 dərəcəyədək isti olacaqRusiyada meşə yanğınlarının sahəsi genişlənibABŞ-da ilk sualtı kitabxanalar yaradılıbİsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olubGömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıbTürkiyə İraqın şimalında yeni hərbi əməliyyata başlayıbAzərbaycan nefti 1 dollardan çox ucuzlaşıb“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəkŞəki və Xızıda yanğınlar söndürülübHirkan Milli Parkının ərazisində yanğın tam söndürülübErməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 19 dəfə pozubAzərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcəkABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildiribXəzərdə zəlzələ olubCənubi Koreya KXDR-i yarımadada gərginliyi artırmamağa çağırıbAzərbaycanda separatçılığı təbliğ edən şəxs Rusiyada saxlanılıbŞəkinin Aşağı Göynük-Baş Göynük və digər kəndlərində meşə yanğınları baş verir. - YANĞIN DAVAM EDİR.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək