Azərbaycan sərhədini pozmağa cəhd edən silahlı şəxslər sərhədçilərə atəş açıb

Azərbaycan sərhədini pozmağa cəhd edən silahlı şəxslər sərhədçilərə atəş açıb
  • 1-12-2018, 00:34
  • 106 dəfə oxunub
Reklam

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­­liyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.

Xidmətin Mətbuat Mərkəzindən verilən məlumata görə. noyabr 29-da DSX-nin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən po­zulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsa­sında həmin istiqamətdəki sərhəd zas­ta­va­larının xidməti güclən­dirilmiş, zəruri qabaqlayıcı tədbirlər görül­müş­dür.

Saat 19:10 radələrində Cəlilabad rayonu­nun Edişə kəndi ya­xın­lığındakı sərhəd zas­tavasının xidməti sa­həsində dövlət sərhə­dinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldı­rı­laraq hadisə yerinə hərəkət etmiş, nəzarət-iz zolağında İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində ayaq iz­ləri aşkar olunmuşdur.

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədi­lə əlavə qüvvələr cəlb olun­maqla və xü­su­si texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sər­­­­həd axtarışı tədbirləri həyata keçirilmiş, sərhədyanı yaşayış mən­­­­tə­qə­ləri istiqamətində yollar sərhəd naryadları tərəfindən qa­pa­­dılmış, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlu­mat­­­landırıl­mışdır.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd nar­yadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilmiş, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar etmişdir. Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avto­mat silahdan atəş açılmış, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulmuşdur. Digər sər­həd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olmuş­dur. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunmuşdur. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılmış, güllələrdən biri xidməti avtomobilə dəymiş, sərhədçilər arasında yaralanan və xəsarət alan olmamışdır.

Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilmiş və ona təcili tibbi yardım göstəril­mişdir. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilmişdir. Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tə­rə­findən sərhəd pozucusu qismində tutulmuş, narkotik qa­çaq­malçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Res­publikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Peniten­siar Xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilmişdir.

Ş.Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı si­lahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğ­lunu yaralamış şəxs olması da müəyyən edil­mişdir.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olmuş, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirmiş, silahlı sərhəd pozu­cularının aşkar edilərək zərərsizləşdiril­mə­sində fərqlənmiş hərbi qulluqçuları təltifləndirmişdir.

Azərbaycan sərhədini pozmağa cəhd edən silahlı şəxslər sərhədçilərə atəş açıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıbZakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır"ATƏT təmas xəttində monitorinq keçirəcək"SOCAR Balkans": Bolqarıstanın qazpaylama sektoruna sərmayə qoyulmasının məqsədəuyğunluğu oktyabrda müəyyənləşəcək - EKSKLÜZİVAzərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblarAzərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılırGənc Tamaşaçılar Teatrının tavanı çökübBakının Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılacaqDünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olubGələn həftə Azərbaycana payız fəsli daxil olacaqİki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyubAzərbaycan nefti 12%-ə yaxın bahalaşıbErmənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozubGürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölübYaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edibQəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulubMaduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edibTramp: “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”"Google"un işində problem yaranıbSəkkiz ayda BTC ilə 21,3 mln. ton neft nəql edilibAZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişibDövlət qulluğuna qəbul üzrə müsahibələrin vaxtı açıqlanıb