Daha bir bank gəlirlərinin artdığını və mənfəət açıqladı

Daha bir bank gəlirlərinin artdığını və mənfəət açıqladı
  • 22-01-2019, 03:26
  • 62 dəfə oxunub
Reklam

“NBC Bank” ASC 2018-ci ili 1 milyon 150 min manat xalis mənfəət ilə başa vurub.

İqtisad.Org Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “NBC Bank”ın cəmi gəlirləri 20 milyon 957 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 571 min manat, qeyri-faiz gəlirləri 3 milyon 386 min manat təşkil edib. Bank 20 milyon 957 min manat cəmi gəliri əldə etmək üçün 18 milyon 683 min manat xərc çəkib və yekunda 2 milyon 274 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 1 milyon 124 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırılıb. Nəticədə “NBC Bank” ötən ili 1 milyon 150 min manat xalis mənfəət ilə bağlayıb.

2017-ci illə müqayisədə “NBC Bank”ın faiz gəlirləri 26,5%, qeyri-faiz gəlirləri 7,8% artıb. Bank 2017-ci ildə 13 milyon 894 min manat faiz, 3 milyon 142 min manat qeyri- faiz gəliri əldə etmişdi.

BANK BÖYÜYÜB

31 Dekabr 2018-ci il tarixində “NBC bank” 283 milyon 376 min manat cəmi aktivlərə, 225 milyon 274 min manat cəmi öhdəliklərə və 58 milyon 103 min manat cəmi balans kapitalına malik olub. Bank 2017-ci ilin sonunda 204 milyon 125 min manat cəmi aktivlərə, 147 milyon 285 min manat cəmi öhdəliklərə və 56 milyon 839 min manat cəmi balans kapitalına malik idi.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

İllik müqayisədə “NBC Bank”ın kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) təxminən 50 milyon manat və ya 32% artaraq 204 milyon 469 min manata çatıb. 2017-ci ilin sonunda “NBC Bank”ın müştərilərə verdiyi kreditlər 154 milyon 396 min manat təşkil etmişdi.

“NBC Bank”da depozitlər isə 43,9% artaraq 2017-ci ilin sonundakı 73 milyon 969 min manatdan 2018-ci ilin sonunda 106 milyon 426 min manata yüksəlib.

31 Dekabr 2018-ci il tarixində “NBC Bank” 57 milyon 88 min manat məcmu kapitala malik olub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Dörd qəsəbədə avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıbBaş Prokurorluq açıqlama yayıbOktyabr ayında Prezident İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞUMehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcəkSiyavuş Novruzov: "YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAMAğcabədiyə yeni icra başçısı təyin edilib - SƏRƏNCAMSabah sulu qar, qar yağacaq, güclü külək əsəcək“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıbŞahin Mustafayev: "2015-ci ildən bəri Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"Azərbaycanda onlayn tətbiqlə bağlı yeni qurğular fəaliyyətə başlayırRamil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edibDünyada ilk dəfə Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilibAQTA Bakıda bazarda reyd keçirib, kiloqramı 5 manat 50 qəpiyə satılan ət aşkarlanıbƏvəz Qocayev: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur - ÖZƏL FOTOLARDİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıbAzərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır“Facebook”a rəqib sosial şəbəkə yaradılıbTürkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıbAzərbaycanda tikinti şirkətindən oğurluq edilibErmənistan Baş Qərargahının rəisi işdən çıxarılır