Trampdan qorxuları artıran açıqlama

Trampdan qorxuları artıran açıqlama
  • 10-02-2019, 00:13
  • 65 dəfə oxunub
Reklam

ABŞ Prezidenti Donald Tramp, Çin məhsullarına gömrük rüsumlarının artırılacağı 1 Mart tarixindən əvvəl Çin Prezidenti Xi Jinping ilə görüşməyəcəyini bildirib. Bu açıqlama ticarət danışıqlarında razılığın olmayacağına dair qorxuları artırıb.

İqtisad.Org xəbər verir ki, cümə axşamı günü Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ Prezidenti Donald Tramp, Çin Prezidenti Xi ilə bu ay görüşüb-görüşməyəcəyi barədə suala, "yox, bəlkə daha sonra" şəklində cavab verib.

Ötən ay Tramp jurnalistlərə, "Fevral ayının sonlarına doğru Xi ilə görüş planlaşdırdığını və bunun ticarət razılaşmasına gəlmək üçün yaxşı bir şans olduğunu" bildirmişdi.

Tramp, Yanvar ayının sonunda jurnalistlərə verdiyi açıqlamada isə, 1 Martda Çin məhsullarının gömrük rüsumlarının 25 faiz artacağını xatırladaraq, bunun olmaması üçün çalışdıqlarını bildirmiş və Çinlə ticarət danışıqlarının "yaxşı getdiyini", ancaq Çin Dövlət Başçısı ilə görüşdən yekun razılaşma olmayacağını söyləmişdi.

ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer və Xəzinə Naziri Stiv Mnuçin gələn həftə Pekində Çinin rəsmi şəxsləri ilə danışıqları davam etdirəcəklər.


Trampdan qorxuları artıran açıqlama

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: