“Azerspace-1” peyki indiyədək 90 milyon dollar gəlir gətirib

“Azerspace-1” peyki indiyədək 90 milyon dollar gəlir gətirib
  • 12-02-2019, 00:08
  • 56 dəfə oxunub
Reklam

“Azerspace-1” ötən 6 il ərzində 90 milyon ABŞ dolları gəlir gətirib.

“Azerspace-1” peykinin 30-dan çox ölkədə daimi müştərisi var. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı ödəmək üçün yüksək texniki imkanlar yaradır. Hazırda “Azerspace-1” üzərindən 60-dan çox televiziya və radio kanalları yayımlanır.

“Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

“Azerspace-2” peyki isə ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək

“Azerspace-1” ilə yanaşı, “Azersky” – Yer səthinin məsafədən müşahidə peyki, ötən il isə ikinci telekommunikasiya peyki olan “Azerspace-2” orbitə buraxılıb. “Azerspace-2” peyki “Azerspace-1”in orbitdəki ehtiyatıdır.

“Azerspace-2” peyki bu aydan kommersiya fəaliyyətinə başlayıb. “Azerspace-2” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərir.

Cari ildə “Azerspace-2”nin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Dəyəri 190 milyon dollar olan bu peykin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi nəzərdə tutulur. “Azerspace-2” peykinin orbitdə fəaliyyət ömrü minimum 20 ildir.

Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan “Azerspace-1” peyki “Azərkosmos” tərəfindən idarə edilir. 2014-cü ilin dekabrında “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. 2018-ci ilin sentyabrında isə “Azerspace-2” peyki Kuru kosmodromundan uğurla orbitə buraxılıb.


“Azerspace-1” peyki indiyədək 90 milyon dollar gəlir gətirib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minibMüdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmazCənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı“Azərkosmos” mənfəətlə işləməyə başlayıbMüdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildirAzərbaycanda daha bir vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunubAzərbaycanda otellərin gəliri 16% azalıbAzərbaycanda dövlət xərclərinə yenidən baxılacaqAzərbaycan daha bir beynəlxalq reytinq cədvəlində mövqeyini yüksəldibAzərbaycan içki ixracını 48%-dən çox azaldıbDünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandıAyda dağların formalaşması səbəbi müəyyən edilib"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniya“Azsığorta”dan oğurluq olub