Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Nazirlər Kabinetinin növbəti iclası keçirilib
  • 1-03-2019, 01:52
  • 37 dəfə oxunub
Reklam

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran vəzifələr”, “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergilər sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində qarşıya çıxan problemlər” və “Təbii, iqlim və digər xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması məsələləri” ilə bağlı mövzular daxil edilib.

Gündəlikdəki birinci məsələ barədə danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də geniş islahatlar aparılıb. Bu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiqi üzrə görülən işlərdir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib ki, bununla bağlı artıq qanunvericilik bazası da yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməkdədir.

Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidentinin vergi və gömrük sahələrində şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması, eləcədə iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması barədə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində hökumətin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Sonra gündəlikdəki məsələlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, vergilər naziri Mikayıl Cabbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzələri dinlənilib.


Nazirlər Kabinetinin növbəti iclası keçirilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakı məktəblərində I sinfə şagird qəbulunun vaxtı uzadılıbZakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarını qəsdən yubadır"ATƏT təmas xəttində monitorinq keçirəcək"SOCAR Balkans": Bolqarıstanın qazpaylama sektoruna sərmayə qoyulmasının məqsədəuyğunluğu oktyabrda müəyyənləşəcək - EKSKLÜZİVAzərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblarAzərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılırGənc Tamaşaçılar Teatrının tavanı çökübBakının Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılacaqDünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olubGələn həftə Azərbaycana payız fəsli daxil olacaqİki avtomobil qəzası Bakıda 850 abunəçini qazsız qoyubAzərbaycan nefti 12%-ə yaxın bahalaşıbErmənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozubGürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölübYaponiyanın baş naziri bu ay İran prezidentilə görüşəcəyini bəyan edibQəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulubMaduro Venesuela müxalifəti ilə dialoqa hazır olduğunu bəyan edibTramp: “Son zamanlar neftin qiymətinin artması ciddi problem deyil”"Google"un işində problem yaranıbSəkkiz ayda BTC ilə 21,3 mln. ton neft nəql edilibAZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişibDövlət qulluğuna qəbul üzrə müsahibələrin vaxtı açıqlanıb