Metroda cibgirlik edən şəxslər saxlanılıblar

Metroda cibgirlik edən şəxslər saxlanılıblar
  • 7-05-2019, 12:26
  • 52 dəfə oxunub
Reklam

Metropolitendə Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini Q.Əzizova mayın 4-də metronun “28 May” stansiyasının platformasında çantasından içərisində pulu, bankomat kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "İqtisad.Org "a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Metropolitendə Polis Şöbəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Eynulla Hüseynov saxlanılıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə aprelin 13-də metronun “28 May” stansiyasının platformasında Abşeron rayon sakini M.Mirzəyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəfərov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 22-də “28 May” stansiyasının platformasında Abşeron rayon sakini S.Nəbizadənin cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.


Metroda cibgirlik edən şəxslər saxlanılıblar

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdıAzərbaycanın tədiyyə balansında kəsir yaranıb