“İçərişəhər” Dövlət Qoruğu İdarəsi bərpa işləri ilə bağlı məlumat yayıb

“İçərişəhər” Dövlət Qoruğu İdarəsi bərpa işləri ilə bağlı məlumat yayıb
  • 8-05-2019, 14:35
  • 43 dəfə oxunub
Reklam

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpasına başlayıb.

Qoşa Qala qapılarında aparılan bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək.

Bərpa və konservasiya işləri öncə Qala divarlarının daxili hissəsindən başlanıb.

"Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır. “İçərişəhər” DTMQİ ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır. Bununla bağlı olaraq Qoruq İdarəsi başladığı missiyanı uğurla davam etdirərək hazırda İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirir", - məlumatda qeyd olunub.


“İçərişəhər” Dövlət Qoruğu İdarəsi bərpa işləri ilə bağlı məlumat yayıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıbBiləsuvarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcəkBakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - YENİLƏNİB-2Baş Nazirin müavini: "Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıbAzərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulurƏli Əhmədov və İnam Kərimov "Yaşıl bazar"a gedib: "İki manata kartof olmaz"İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılırNaxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıbSəhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olubYerevan yaxınlığındakı yanğın 1,8 min hektar ərazini əhatə edirBakıda yeni liftlərin quraşdırılması davam edirAzərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıbDanimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənibAlimlər Messinin, yoxsa Ronaldunun güclü olduğunu müəyyənləşdiriblərCNN: Tramp və Makron 2020-ci ildə Rusiyanı G7 görüşünə dəvət edəcəklərAzərbaycan nefti cüzi ucuzlaşıbErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozubKXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edibBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi