"Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib" - İŞÇİ QRUPU YARADILIB

  • 18-05-2019, 02:14
  • 31 dəfə oxunub
Reklam

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Binəqədi qəsəbəsinin sakinləri ilə görüşü olub.


Görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Alahverdiyev, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri, Binəqədi qəsəbəsinin ayrı-ayrı məhəllələrinin sakinləri, ağsaqqallar, həmçinin qonşu Biləcəri qəsəbəsinin nümayəndələri iştirak ediblər.

Görüşdə 39 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi və s. olub.

Görüşdə sakinləri daha çox narahat edən problemlərdən olan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsinə toxunan Eldar Əzizov bildirib ki, bu problem on illiklərdən bəri yığılıb qalmış problemdir. Ölkə başçisı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri 1 anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır.


"Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib" - İŞÇİ QRUPU YARADILIB

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Tramp İrana ABŞ gəmilərinə hücum etməməyi tövsiyə edibBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcəkAvropa Birliyi Kabildə toyda baş verən terror aktına münasibət bildiribTanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 95 nəfərə çatıbUqandada ağır qəzada azı 10 nəfər ölübDanimarkanın baş naziri: “Qrenlandiya satılmır”“Grace 1” tankeri Cəbəllütariqi tərk edibTramp rəsmi olaraq Qrenlandiyanı almaq istəyini etriaf edibMarian adaları regionunda 5,9 bal gücündə zəlzələ baş veribƏfqanıstan prezidenti Kabildəki hücum görə talibləri ittiham edibSabah ölkə ərazisində havanın temperaturu 37-39 dərəcəyə yüksələcəkRusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblarƏfqanıstanda partlayış zamanı 11 nəfər həlak olubQəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olubErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 21 dəfə pozubArgentina Prezidenti yeni maliyyə naziri təyin edibAmerikalı aparıcı təyyarə qəzası nəticəsində ölübQazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olubAlyaskada qızılbalıqların kütləvi ölüm halı qeydə alınıbArgentinanın maliyyə naziri devalvasiya fonunda istefa veribABŞ-da təyyarə yaşayış evinin üzərinə düşübİstanbulda güclü yağış daşqına səbəb olub, 1 nəfər ölüb