İran satışa 2 milyon barel yüngül neft çıxarıb

İran satışa 2 milyon barel yüngül neft çıxarıb
  • 11-06-2019, 14:53
  • 53 dəfə oxunub
Reklam

İran Milli Neft Şirkəti (NIOC) çərşənbə axşamı İran Energetika Birjasında (IRENEX) 2 milyon barel yüngül neft təklif edəcək.

"İqtisad.Org" "Tehran Times"a istinadən xəbər verir ki, bu təklif mərhələsi üçün baza qiyməti 67,32 dollar/barel təşkil edir.

Qeyd edək ki, NIOC məhsullarını fond birjasına çıxardığı son 7 ay ərzində IRENEX-də 17 təklif vasitəsilə 1,085 milyon barel xam neft - həm yüngül, həm də ağır, eləcə də qaz kondensatı satıb.

ABŞ-ın 2018-ci ildə İranla nüvə sazişindən çıxmasından və İran neftinin ixracını sıfıra endirəcəyini vəd etməsindən sonra İslam Respublikası Birləşmiş Ştatların hərəkətlərinə qarşı və neft ixracının mümkün qədər çox olması üçün müxtəlif addımlar atır. İranın neft ixracını reallaşdırmaq üçün seçdiyi əsas strategiyalardan biri də neft satışı mexanizminin diversifikasiyası üçün yeni yollar tapmaqdır. Ölkənin fond bazarında neft təklif edilməsi isə bu yollardan biridir.

Xatırladaq ki, NIOC IRENEX-də ilk dəfə 2018-ci il oktyabrın 28-də - ABŞ-ın İranın neft sektoruna qarşı yeni sanksiyaları qüvvəyə minməmişdən (4 noyabr) bir neçə gün əvvəl yüngül neft təklif edib. İlk mərhələdə NIOC 74,85 dollar/barel qiymətinə, təqribən, 280 min barel xam neft satmağı bacarmışdı.


İran satışa 2 milyon barel yüngül neft çıxarıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAMMilli Məclis yeni Ombudsman seçəcəkPrezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıbSumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıbBirinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edibSofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb“Barış pınarı” çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı açıqlanıbPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSergey Skripka: Brodi-Adamova Zastava kəmərinə dair ekoloji icazənin müddəti uzadılıb" - EKSKLÜZİVƏli Həsənov: "Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparanlar layiqli cəzalarını alacaqlar""Google" siyasi reklamları məhdudlaşdırırAzərbaycan və Rusiya əməkdaşlıq məsələlərini müzakirə edibİran Rusiyadan 5 milyard dollar kredit alır"PayPal" 4 milyard dollara "Honey"alış-veriş platformasını satın alırSəfir: "Son illər Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb"İngilis dilində “ilin ifadəsi” açıqlanıbRegionda ilk dəfə Azərbaycanda təzyiqlərin idarə olunması ilə qazma texnologiyasının tətbiqinə başlanılıbAssosiasiya: Azərbaycan fındığının Avropaya qablaşdırılmış şəkildə ixracı rəqabətqabiliyyətli deyilAzərbaycanda qanunsuz torpaq satan bələdiyyə sədri həbs edilib - RƏSMİAzərbaycanda yağıntılı hava şəraiti davam edəcəkTəhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıbSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Xələc kəndində səyyar-qəbul keçirmişdir