Dünya Bankı Gürcüstanın energetika sektoruna 62 mln. dollar ayırıb

Dünya Bankı Gürcüstanın energetika sektoruna 62 mln. dollar ayırıb
  • 18-06-2019, 17:56
  • 76 dəfə oxunub
Reklam

Dünya Bankı (DB) Gürcüstanın energetika sisteminin inkişafına 62 mln. dollar kredit ayırıb.

İqtisad.Org”un yerli bürosu xəbər verir ki, bununla bağlı DB ilə Gürcüstanın Maliyyə Nazirliyi arasında saziş imzalanıb.

Sənədi DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon və Gürcüstanın maliyyə naziri İvane Maçavariani imzalayıblar.

Layihənin məqsədi Gürcüstanın qərbində enerji təminatının etibarlılığının artırılması və Gürcüstanın Dövlət Elektrosisteminin maliyyə sağlamlaşdırılmasıdır.

M.Tembon bildirib ki, layihə Gürcüstanın regionlarında enerji təminatını gücləndirəcək və elektrik enerjisi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına kömək edəcək.

İ.Maçavariani DB-nin Gürcüstanın energetika sektorunu dəstkləməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, layihə yekun nəticədə vətəndaşların rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək.


Dünya Bankı Gürcüstanın energetika sektoruna 62 mln. dollar ayırıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı