İrandan Azərbaycan ərazisi ilə Avropaya 129 kiloqrama yaxın heroin aparılmasının qarşısı alınıb

İrandan Azərbaycan ərazisi ilə Avropaya 129 kiloqrama yaxın heroin aparılmasının qarşısı alınıb
  • 18-06-2019, 18:05
  • 35 dəfə oxunub
Reklam

Dövlət Gömrük Komitəsi əməkdaşlarının daha bir uğurlu əməliyyatı nəticəsində 128 kq 689 qram narkotik vasitə - heroin aşkar edilərək dövriyyədən çıxarılıb.

Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan ölkə ərazisinə daxil olacaq "İveco" markalı, B979SAL/B876SAL nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Həmin məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan Azərbaycana yüksüz daxil olan, Türkiyə vətəndaşı Karataş İmdatın idarə etdiyi "İveco" markalı, B979SAL/B876SAL dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə "Maylo" ləqəbli kinoloji xidmət iti tətbiq edilib. Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının kabininə reaksiya verdiyindən yoxlama davam etdirilib və nəqliyyat vasitəsinə "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin kabinində- sürücü oturacağının arxa alt hissəsində şübhəli cizgilər müşahidə olunub. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin kabinəsində - oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan düzbucaqlı formalı çənin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərlərində "GOLD 2018 TAK" yazısı olan cəmi 251 ədəd düzbucaqlı formalı, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 128 kq 689 qram təşkil edən bağlamalar aşkar olunub. Baxış zamanı bağlamalarda spesifik qoxu ilə müşayət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


İrandan Azərbaycan ərazisi ilə Avropaya 129 kiloqrama yaxın heroin aparılmasının qarşısı alınıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
ABŞ İran generalına sanksiya tətbiq edibYanvarın 20-də Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHIBakı metrosunda ventilyatorların sayı artırılır“Tesla” maşınları daha bir özəlliyə sahib olacaq“SOCAR istiqrazları”nın növbəti faiz ödənişi həyata keçirilibÖtən il 6 minə yaxın KOB subyekti arasında sorğu keçirilibAzərbaycan və Ermənistan XİN başçılarının görüşü bu aya planlaşdırılırUkraynanın baş naziri istefa veribAQTA qida təhlükəsizliyi qeydiyyatı üçün müraciət edən 405 sahibkarlıq subyektinə mənfi cavab veribBakı dünyanın ən bahalı şəhərləri reytinqinə daxil olub“Alphabet”in bazar dəyəri 1 trilyon dolları keçibHərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilibAzərbaycanın Gürcüstanın yanacaq idxalındakı payı azalıbAQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olubDeputatlığa namizədlərin sayı 1623-ə çatıbİranın ali rəhbəri 8 ildən sonra ilk dəfə Tehranda namaza rəhbərlik edəcəkUşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıbAli Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilibAzərbaycanda ötən il dövlət xətti ilə ipoteka krediti almaq üçün banklara 7 mindən çox müraciət olub.Azərbaycan klubları 2018-ci ildə futbolçulara 17 milyon avro maaş ödəyibDSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi bu gün başa çatırMəktəblərin qış tətilinin vaxtı açıqlanıb