Nazirlik : Bu günə qədər 611 ton yaş barama təhvil verilib

Nazirlik : Bu günə qədər 611 ton yaş barama təhvil verilib
  • 21-06-2019, 20:06
  • 34 dəfə oxunub
Reklam

Bu günə qədər Azərbaycanda kümçülər “Azəripək” MMC-yə 610,9 ton yaş barama təhvil veriblər.

Bu barədə “İqtisad.Org ”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bunun 11,5 tonu ötən gün təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb - 121,7 ton.

Barama tədarükünə görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Balakən, Şəki, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Ağdam, Tərtər rayonları öndədir. Bu günədək Zərdabda 65,3 ton, Ağcabədidə 53,5 ton, Zaqatalada 52,6 ton, Füzulidə 49,6 ton, Balakəndə 44,1 ton, Şəkidə 43,4 ton, Bərdədə 36,4 ton, Qaxda 26,8 ton, Kürdəmirdə 22,5 ton, Ağdaşda 17,4 ton, Ağdamda 16,8 ton, Tərtərdə 16,6 ton, Göyçayda 15,7 ton, Sabirabadda 14,0 ton, Qəbələdə 13,9 ton, Ucarda 11,6 ton, Şəmkirdə 10,9 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

"Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"nın icrası nəticəsində 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpəy”ə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çindən ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.


Nazirlik : Bu günə qədər 611 ton yaş barama təhvil verilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 50 ədəd kömür kisəsi yanıbNaxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilibTürkiyə ordusunun 3 əsgəri şəhid olubAzərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcəkSabah 35 dərəcəyədək isti olacaqRusiyada meşə yanğınlarının sahəsi genişlənibABŞ-da ilk sualtı kitabxanalar yaradılıbİsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olubGömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıbTürkiyə İraqın şimalında yeni hərbi əməliyyata başlayıbAzərbaycan nefti 1 dollardan çox ucuzlaşıb“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəkŞəki və Xızıda yanğınlar söndürülübHirkan Milli Parkının ərazisində yanğın tam söndürülübErməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 19 dəfə pozubAzərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcəkABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildiribXəzərdə zəlzələ olubCənubi Koreya KXDR-i yarımadada gərginliyi artırmamağa çağırıbAzərbaycanda separatçılığı təbliğ edən şəxs Rusiyada saxlanılıbŞəkinin Aşağı Göynük-Baş Göynük və digər kəndlərində meşə yanğınları baş verir. - YANĞIN DAVAM EDİR.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək