Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var
  • 26-06-2019, 01:22
  • 30 dəfə oxunub
Reklam

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir.

Paytaxt sakinlərinin bir qismi şəhərin ətrafında yerləşən bağ evlərinə üz tutur.

Təbii ki, onların arasında şəxsi bağ evlərinin sahibləri ilə yanaşı, başqasının bağ evini müəyyən müddətə kirayəyə götürənlər də olur. Bu, bir çoxlarına sərf edir. Çünki bağ evindən şəhərin mərkəzinə - işə və yaxud digər məqsədlərlə gəlib-getmək asandır. Digər tərəfdən, vətəndaşların bağ evinə tələbatı mövsümi xarakter daşıyır. Odur ki, onu almaqdansa, aylıq kirayələməyə üstünlük verirlər. Kirayə qiymətlərini isə bağ evinin ölçüləri, vəziyyəti, yeləşdiyi ərazi, həyətyanı sahəsində ağacların, eləcə də hovuzun olub-olmaması müəyyən edir.



Yayı Bakının ətrafında keçirmək elə də ucuz deyil. Bağ evlərinin aylıq kirayə qiymətləri Mərdəkanda 700 - 15 000 manat, Novxanıda 1 000 - 10 000 manat, Bilgəhdə 600 - 12 000 manat, Şüvəlanda 1 200 - 15 000 manat, Buzovnada 700 - 15 000 manat, Fatmaidə 900 - 5 500 manat, Pirşağıda 750 - 5 000 manat, Nardaranda 750 - 4 000 manat, Şağanda 650 - 3 700 manat, Goradildə 1 400 - 2 100 manat, Türkanda 500 - 1 500 manat, Hövsanda isə 850 - 1 350 manat arasında dəyişir.

Bağ evlərinin kirayə bazarındakı vəziyyətini şərh edən “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ötən illə müqayisədə bu il qiymətlərdə 10%-ə yaxın artımın olduğunu deyib:

"Yayda bağ evlərinin kirayə qiymətlərinin digər fəsillərlə müqayisədə yüksək olması təbiidir və hər il üçün xarakterik tendensiyadır. Çünki yay aylarında tələbat artır. Hər il qiymət artımı daha çox may ayının əvvəllərində başlasa da, bu il bu proses bir qədər ləngidi. Ehtimal edirəm ki, bu gecikmə Ramazan ayı, xüsusən həmin dövrdə havaların nisbətən sərin keçməsi ilə bağlı oldu. Hazırda bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10%, qış mövsümü ilə müqayisədə isə 2-3 dəfə artım var".



Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 50 ədəd kömür kisəsi yanıbNaxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilibTürkiyə ordusunun 3 əsgəri şəhid olubAzərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcəkSabah 35 dərəcəyədək isti olacaqRusiyada meşə yanğınlarının sahəsi genişlənibABŞ-da ilk sualtı kitabxanalar yaradılıbİsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olubGömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıbTürkiyə İraqın şimalında yeni hərbi əməliyyata başlayıbAzərbaycan nefti 1 dollardan çox ucuzlaşıb“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəkŞəki və Xızıda yanğınlar söndürülübHirkan Milli Parkının ərazisində yanğın tam söndürülübErməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 19 dəfə pozubAzərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcəkABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildiribXəzərdə zəlzələ olubCənubi Koreya KXDR-i yarımadada gərginliyi artırmamağa çağırıbAzərbaycanda separatçılığı təbliğ edən şəxs Rusiyada saxlanılıbŞəkinin Aşağı Göynük-Baş Göynük və digər kəndlərində meşə yanğınları baş verir. - YANĞIN DAVAM EDİR.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək