Agentlik: Gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir

Agentlik: Gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir
  • 2-07-2019, 01:45
  • 17 dəfə oxunub
Reklam

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
İqtisad.Org” xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilirdi ki, Xəzər Dəniz Akvatoriyasında iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s-dək güclənəcəyi, dalğanın hündürlüyünün 2.0-3.0 m, sonraki inkişafda 5.0-7.0 m. olacaq.
Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.
Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.
Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir.
Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindəın ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
Qeyd edək ki, Xəzəryanı dövlətlər içərisində ilk olaraq Azərbaycanda yaradılan Milli Mərkəz ən son texnoloji avadanlıqlarla təchiz olunub. Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.
Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.


Agentlik: Gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Əfqanıstan prezidenti Kabildəki hücum görə talibləri ittiham edibSabah ölkə ərazisində havanın temperaturu 37-39 dərəcəyə yüksələcəkRusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblarƏfqanıstanda partlayış zamanı 11 nəfər həlak olubQəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olubErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 21 dəfə pozubArgentina Prezidenti yeni maliyyə naziri təyin edibAmerikalı aparıcı təyyarə qəzası nəticəsində ölübQazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olubAlyaskada qızılbalıqların kütləvi ölüm halı qeydə alınıbArgentinanın maliyyə naziri devalvasiya fonunda istefa veribABŞ-da təyyarə yaşayış evinin üzərinə düşübİstanbulda güclü yağış daşqına səbəb olub, 1 nəfər ölübKanadada səma dalğıcı möcüzəli şəkildə sağ qalıbAzərbaycan və Almaniya energetika sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edibXoşbəxt Yusifzadə: "Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır"ETSN: Xətaidə hasarlanan ərazidə ağacların qorunub saxlanması üçün məcburi göstəriş verilibSOCAR öz imkanları hesabına 2019-cu ilin II rübündə hasilat səviyyəsini sabit saxlamağa nail olubAğsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürübÇində restoranda partlayış nəticəsində 4 nəfər ölübZakir Həsənov Azərbaycan tankçılarının “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirakını yüksək qiymətləndiribSalyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xurşud kəndində səyyar-qəbul keçirmişdi