Təhsil naziri müəllimlərin maaşlarının artırılmasından danışıb

Təhsil naziri müəllimlərin maaşlarının artırılmasından danışıb
  • 12-07-2019, 09:37
  • 17 dəfə oxunub
Reklam

“Müəllimlərin maaşlarının artırılması ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaq”.
İqtisad.Org” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, onların orta aylıq əməkhaqqı 600 manatı ötəcək.
C.Bayramov əlavə edib ki, peşə təhsili də daxil olmaqla bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə edib: “Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilib”.
Nazir vurğulayıb ki, son illərdə peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədi ilə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb: "Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib, nəticəyönümlü təhsil proqramları (kurikulumlar), yeni dərsliklər və tədris vəsaitləri hazırlanıb. Beynəlxalq təşkilatlarla birlikdə layihələrin icrasına başlanılıb".


Təhsil naziri müəllimlərin maaşlarının artırılmasından danışıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıbBiləsuvarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcəkBakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - YENİLƏNİB-2Baş Nazirin müavini: "Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıbAzərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulurƏli Əhmədov və İnam Kərimov "Yaşıl bazar"a gedib: "İki manata kartof olmaz"İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılırNaxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıbSəhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olubYerevan yaxınlığındakı yanğın 1,8 min hektar ərazini əhatə edirBakıda yeni liftlərin quraşdırılması davam edirAzərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıbDanimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənibAlimlər Messinin, yoxsa Ronaldunun güclü olduğunu müəyyənləşdiriblərCNN: Tramp və Makron 2020-ci ildə Rusiyanı G7 görüşünə dəvət edəcəklərAzərbaycan nefti cüzi ucuzlaşıbErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozubKXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edibBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi