Bu il Azərbaycanda polis veteranlarının köməyi ilə 2564 cinayətin üstü açılıb

Bu il Azərbaycanda polis veteranlarının köməyi ilə 2564 cinayətin üstü açılıb
  • 17-07-2019, 02:46
  • 20 dəfə oxunub
Reklam

Bu il Azərbaycanda polis veteranlarının köməyi ilə 2564 cinayətin açılması təmin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "“İqtisad.Org”"a verilən məlumata görə, polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə ərazi polis orqanlarının rəhbərliyi və aidiyyatı xidmətlərin əməkdaşları ilə birgə müxtəlif təhsil müəssisələrində, DİN-in Polis Akademiyasında, eləcə də vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar. Onların təcrübəsi və peşəkarlığı cinayətlərin açılmasında mühüm rol oynayır.

İlin 6 ayı ərzində veteranların köməyi ilə respublika üzrə 2564 cinayətin açılması təmin edilib.

Ötən müddət ərzində polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanılıb.

Göstərilən dövr ərzində veteranlar 2772 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər.

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.


Bu il Azərbaycanda polis veteranlarının köməyi ilə 2564 cinayətin üstü açılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 50 ədəd kömür kisəsi yanıbNaxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilibTürkiyə ordusunun 3 əsgəri şəhid olubAzərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcəkSabah 35 dərəcəyədək isti olacaqRusiyada meşə yanğınlarının sahəsi genişlənibABŞ-da ilk sualtı kitabxanalar yaradılıbİsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olubGömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıbTürkiyə İraqın şimalında yeni hərbi əməliyyata başlayıbAzərbaycan nefti 1 dollardan çox ucuzlaşıb“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəkŞəki və Xızıda yanğınlar söndürülübHirkan Milli Parkının ərazisində yanğın tam söndürülübErməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 19 dəfə pozubAzərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcəkABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildiribXəzərdə zəlzələ olubCənubi Koreya KXDR-i yarımadada gərginliyi artırmamağa çağırıbAzərbaycanda separatçılığı təbliğ edən şəxs Rusiyada saxlanılıbŞəkinin Aşağı Göynük-Baş Göynük və digər kəndlərində meşə yanğınları baş verir. - YANĞIN DAVAM EDİR.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək