Kolleclərə qəbul üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başa çatır

Kolleclərə qəbul üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başa çatır
  • 17-07-2019, 02:49
  • 14 dəfə oxunub
Reklam

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) “İqtisad.Org”a verilən məlumata görə, qabiliyyət imtahanları isə 18 iyul - 4 avqust tarixlərində keçiriləcək.

Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 50-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçən abituriyentlər qeydiyyatdan dərhal sonra “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Qeydiyyat üçün link: https://eservices.dim.gov.az/erizetex/qabiliyyet/?frm=egov


Kolleclərə qəbul üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başa çatır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşırHindistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 13 nəfər ölübKəşmirdə hökumət binaları və məktəblərin bir hissəsi açılıbGürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib“Qaçqınkom”un iki sektor müdiri cəzalandırılıbAzərbaycanda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozubAzərbaycanda axtarışda olan şəxs Moldovada saxlanılıbABŞ-da kütləvi qətllər planlaşdıran üç nəfər saxlanılıbTramp “Huawei” şirkətinə verilən lisenziyanın müddətini uzatmayacaqYaponiya hərbi peyklərin orbitə buraxılmasını nəzərdən keçirirBelarus, Ukrayna və Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdirTramp İrana ABŞ gəmilərinə hücum etməməyi tövsiyə edibBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcəkAvropa Birliyi Kabildə toyda baş verən terror aktına münasibət bildiribTanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 95 nəfərə çatıbUqandada ağır qəzada azı 10 nəfər ölübDanimarkanın baş naziri: “Qrenlandiya satılmır”“Grace 1” tankeri Cəbəllütariqi tərk edibTramp rəsmi olaraq Qrenlandiyanı almaq istəyini etriaf edibMarian adaları regionunda 5,9 bal gücündə zəlzələ baş veribƏfqanıstan prezidenti Kabildəki hücum görə talibləri ittiham edib