Müəllimlərin işə qəbulu üzrə imtahanlarda pozuntular qeydə alınır: qulaqcıqla gələn də, başqasının yerinə imtahan vermək istəyən də var

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda pozuntular qeydə alınır: qulaqcıqla gələn də, başqasının yerinə imtahan vermək istəyən də var
  • 17-07-2019, 02:53
  • 34 dəfə oxunub
Reklam

“Əvvəlki illərlə müqayisədə bu il müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanı mərhələsində namizədlərin nəticələrinin ləğv edilməsi hallarının sayı azalıb”.

Bunu “İqtisad.Org”un sualına cavab olaraq Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, iyulun 8-dən bu günə kimi nəticələri ləğv edilən namizədlərin sayı 5-dən artıq deyil: “İndiyə qədər 15 mindən artıq namizəd imtahan verib. Cəmi 5 nəfərin nəticələri ləğv edilib. Bu da çox yaxşı nəticədir”.

Nazirlik rəsmisi qeyd edib ki, hər hansı namizəd imtahan qaydalarını pozarsa, ona bir neçə dəfə xəbərdarlıq edilir: “Əgər bu xəbərdarlıqlar nəticə vermirsə, o zaman namizədin yeri başqa masaya dəyişdirilir ki, yanındakına narahatlıq törətməsin və köçürülmə halları olmasın. Adətən, ən çox tətbiq edilən intizam tənbehi üsuludur. Ən son həll yolu namizədin imtahandan kənarlaşdırılmasıdır. Bu halların sayı da azdır”.

M.Camalzadənin sözlərinə görə, namizəd qulaqcıq vasitəsilə zala daxil olub və bu aşkar edilərək həmin fakt aktlaşdırılıb: “Bundan sonra namizəd imtahan prosesindən kənarlaşdırılaraq nəticəsi ləğv edilib. Beş faktdan biri bu idi. Yaxud qadağan olunan ədəbiyyat və texniki vasitələrdən gizli yollarla istifadəyə cəhd halları da qeydə alınıb. Təəssüf ki, elə hallara da rast gəlinir ki, imtahana gələn şəxs özünü başqa namizəd kimi təqdim edərək onun şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək istəyib. Onların heç biri imtahana buraxılmayıb. Müvafiq sənədləşmə işləri aparılıb və onlar geri qaytarılıb”.


İqtisad.Org

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Facebook” və “Google”nin işində nazaslıq yaranıbMoskvada fitnəkar erməni filminin nümayişinin qarşısı alınıbDağıstan rəhbəri Azərbaycana səfər edəcəkDYP sürücülərə müraciət edibSon 3 ildə Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını 26% azaldıbİmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıbSOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edibBöyük qala küçəsindəki iki qəzalı binanın restavrasiyası ilin sonunadək tamamlanacaqAzərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıbHesablama Palatası ARDNF-ə əlavə qızıl almağı tövsiyə edibÖtən il Azərbaycan Gürcüstanın təbii qaz idxalının 87%-ni təmin edibAzərbaycan son 3 ildə Gürcüstandan avtomobil idxalını 5 dəfədən çox artırıb“Şahdəniz” yatağından kondensat hasilatı 39% artıbÇin investorları Azərbaycanda keramika istehsal etmək istəyirlərİşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olubBakıda bəzi işıqforların iş rejimi dəyişdirilib - SİYAHI“NBC Bank”ın mənfəəti 17% artıbAzərbaycanda korrupsiya azalıb - HESABATPul alarkən görüntüsü yayılan polis əməkdaşı ölübAzərbaycan nefti ucuzlaşmaqda davam edirÖlkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydaları dəyişibAzərbaycan Prezidenti: “Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir”