DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib

DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib
  • 20-07-2019, 00:17
  • 27 dəfə oxunub
Reklam

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib.

DİM-dən "İqtisad.Org "a daxil olan müraciətdə deyilir:

"Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Çox təəssüf ki, son günlər sosial şəbəkələrdə apardığımız monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədi ilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə II və III ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Siz həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. İxtisas seçimi əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərərcək. Bununla bağlı əlavə məlumat veriləcək.

Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Mərkəzin “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır.

“Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər".


DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyübDövlət Neft Fondu 651 min manatlıq proqram təminatı alırLukaşenko növbəti prezident seçkilərində iştirak etmək niyyətindədirDaha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıbTrampın tibbi müayinəsinin nəticələri açıqlanıbBakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar varAzərbaycan yığması daha bir futbolçu itkisi ilə üzləşibParisdə "sarı jiletlilər"in aksiyalarına görə 29 metro, 5 qatar stansiyası bağlanıbSabah hava dəyişkən buludlu olacaq, bəzi ərazilərdə yağış, sulu qar yağacaqKİV: İranda etiraz aksiyalarında 25 nəfər həlak olubNaxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıbABŞ və Cənubi Koreya KXDR-ə görə birgə hərbi təlimləri təxirə salacaqBirinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edibErmənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozubAirbus 2030-cu ilə qədər ekoloji cəhətdən təmiz təyyarə hazırlaya bilərBakıda taksi sərxoş piyadanı vurub, vəziyyəti ağırdırAzərbaycan nefti bahalaşıbNaxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 2,6 dəfə artıbAzərbaycanda Milli Dirçəliş GünüdürSultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAMAlbert Aqarunovun heykəlinin açılışı olubSalyanda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir