“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır
  • 22-07-2019, 18:23
  • 18 dəfə oxunub
Reklam

Bu gündən III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən "İqtisad.Org "a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 22-25 iyul 2019-cu il tarixlərində http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 1-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış ola bilərsiniz.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 50 ədəd kömür kisəsi yanıbNaxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilibTürkiyə ordusunun 3 əsgəri şəhid olubAzərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcəkSabah 35 dərəcəyədək isti olacaqRusiyada meşə yanğınlarının sahəsi genişlənibABŞ-da ilk sualtı kitabxanalar yaradılıbİsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olubGömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıbTürkiyə İraqın şimalında yeni hərbi əməliyyata başlayıbAzərbaycan nefti 1 dollardan çox ucuzlaşıb“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəkŞəki və Xızıda yanğınlar söndürülübHirkan Milli Parkının ərazisində yanğın tam söndürülübErməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 19 dəfə pozubAzərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcəkABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildiribXəzərdə zəlzələ olubCənubi Koreya KXDR-i yarımadada gərginliyi artırmamağa çağırıbAzərbaycanda separatçılığı təbliğ edən şəxs Rusiyada saxlanılıbŞəkinin Aşağı Göynük-Baş Göynük və digər kəndlərində meşə yanğınları baş verir. - YANĞIN DAVAM EDİR.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək