Çinin məşhur şirkəti Azərbaycan bazarına gələ bilər

Çinin məşhur şirkəti Azərbaycan bazarına gələ bilər
  • 24-07-2019, 13:11
  • 15 dəfə oxunub
Reklam

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vang Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"İqtisad.Org " bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayan nazir nazir qeyd edib ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, əlverişli biznes mühitinə malik Azərbaycanda müxtəlif sahələr üzrə Çin şirkətləri fəaliyyət göstərir, birgə layihələr reallaşdırılır. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasının nəticəsi olaraq, bu ilin aprelində “China CAMCE Engineering Co. Ltd.” şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb.

“China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vang Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.

Görüşdə “China CAMCE Engineering Co. Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllərində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.

Azərbaycana səfər çərçivəsində “China CAMCE Engineering Co. Ltd.” şirkətinin nümayəndələri Hacıqabul və Sabirabad sənaye məhəllərində sahibkarlar üçün yaradılan əlverişli şəraitlə tanış olublar. Onlara sənaye məhəllərində həyata keçirilən layihələr barədə məlumat verilib.

Mühəndislik, satınalma və tikinti üzrə ixtisaslaşan “China CAMCE Engineering Co. Ltd.” şirkəti sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihəsinin icraçısıdır. Dünyanın 140 ölkəsində nümayəndəliyi olan şirkətdə 100 minə yaxın işçi çalışır.


Çinin məşhur şirkəti Azərbaycan bazarına gələ bilər

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıbBiləsuvarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcəkBakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - YENİLƏNİB-2Baş Nazirin müavini: "Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıbAzərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulurƏli Əhmədov və İnam Kərimov "Yaşıl bazar"a gedib: "İki manata kartof olmaz"İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılırNaxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıbSəhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olubYerevan yaxınlığındakı yanğın 1,8 min hektar ərazini əhatə edirBakıda yeni liftlərin quraşdırılması davam edirAzərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıbDanimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənibAlimlər Messinin, yoxsa Ronaldunun güclü olduğunu müəyyənləşdiriblərCNN: Tramp və Makron 2020-ci ildə Rusiyanı G7 görüşünə dəvət edəcəklərAzərbaycan nefti cüzi ucuzlaşıbErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozubKXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edibBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi