DİM: 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

DİM: 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb
  • 29-07-2019, 11:45
  • 11 dəfə oxunub
Reklam

2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "İqtisad.Org"a verilən məlumata görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.

- Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;

- Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086);

- “Abituriyentin elektron ərizəsi”.

Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Xatırladaq ki, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.


DİM: 1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıbBiləsuvarda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcəkBakıda taxta bazarı yanır, iki nəfər xəsarət alıb - YENİLƏNİB-2Baş Nazirin müavini: "Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb"Azərbaycan Ermənistanın təxribatı ilə bağlı BMT Baş katibinə etiraz məktubu ünvanlayıbAzərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulurƏli Əhmədov və İnam Kərimov "Yaşıl bazar"a gedib: "İki manata kartof olmaz"İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılırNaxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıbSəhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olubYerevan yaxınlığındakı yanğın 1,8 min hektar ərazini əhatə edirBakıda yeni liftlərin quraşdırılması davam edirAzərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq"Apple" şirkətinin rəhbəri Bakı bulvarının fotosunu paylaşıbDanimarkanın kral ailəsi Trampın səfərinin Qrenlandiya məsələsinə görə təxirə salınmasına təəccüblənibAlimlər Messinin, yoxsa Ronaldunun güclü olduğunu müəyyənləşdiriblərCNN: Tramp və Makron 2020-ci ildə Rusiyanı G7 görüşünə dəvət edəcəklərAzərbaycan nefti cüzi ucuzlaşıbErməni tərəfi atəşkəs rejimini 23 dəfə pozubKXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edibBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bəydili kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi