Azərbaycanda brilliantı 163 min manata satmaq istəyən dəstə üzvləri tutulub

Azərbaycanda brilliantı 163 min manata satmaq istəyən dəstə üzvləri tutulub
  • 30-07-2019, 18:16
  • 25 dəfə oxunub
Reklam

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində brilliant daş-qaşı satan dələduz dəstə üzvlərinin ifşa olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "İqtisad.Org "a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı, rayon ərazisində küllü miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşları satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri “iş başında” saxlanılıblar.

Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.

İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.


Azərbaycanda brilliantı 163 min manata satmaq istəyən dəstə üzvləri tutulub

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Facebook” və “Google”nin işində nazaslıq yaranıbMoskvada fitnəkar erməni filminin nümayişinin qarşısı alınıbDağıstan rəhbəri Azərbaycana səfər edəcəkDYP sürücülərə müraciət edibSon 3 ildə Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını 26% azaldıbİmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıbSOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edibBöyük qala küçəsindəki iki qəzalı binanın restavrasiyası ilin sonunadək tamamlanacaqAzərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıbHesablama Palatası ARDNF-ə əlavə qızıl almağı tövsiyə edibÖtən il Azərbaycan Gürcüstanın təbii qaz idxalının 87%-ni təmin edibAzərbaycan son 3 ildə Gürcüstandan avtomobil idxalını 5 dəfədən çox artırıb“Şahdəniz” yatağından kondensat hasilatı 39% artıbÇin investorları Azərbaycanda keramika istehsal etmək istəyirlərİşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olubBakıda bəzi işıqforların iş rejimi dəyişdirilib - SİYAHI“NBC Bank”ın mənfəəti 17% artıbAzərbaycanda korrupsiya azalıb - HESABATPul alarkən görüntüsü yayılan polis əməkdaşı ölübAzərbaycan nefti ucuzlaşmaqda davam edirÖlkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydaları dəyişibAzərbaycan Prezidenti: “Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir”