Dünya Bankı Azərbaycanda özünəməşğulluq layihəsinə dəstək verəcək - EKSKLÜZİV

Dünya Bankı Azərbaycanda özünəməşğulluq layihəsinə dəstək verəcək - EKSKLÜZİV
  • 30-07-2019, 18:35
  • 26 dəfə oxunub
Reklam

Dünya Bankı bu ilin payızında Azərbaycanda özünəməşğulluq proqramının genişləndirilməsi üzrə layihə hazırlayaraq bu sahəyə dəstəyin formasını müəyyənləşdirəcək.

Bu barədə “İqtisad.Org ”a qurumun Bakıdakı nümayəndəliyindən bildirilib.

“Azərbaycan hökuməti ölkədəki məşğulluğa dəstək layihəsində iştirak etmək üçün Dünya Bankına sorğu göndərib. İndiyə qədər bu layihə ilə bağlı ölkədə dəyərləndirmə missiyası olduğu üçün özünəməşğulluq proqramının həyata keçirilməsinə Dünya Bankının hansı formada dəstək verə biləcəyəni söyləmək çətindir. Amma bir sıra variantlar var. Dünya Bankı bu layihəni kredit vasitəsilə, texniki dəstək şəklində, yaxud məsləhət yolu ilə dəstəkləyə bilər”, - deyə nümayəndəlikdən qeyd edilib.

Azərbaycan uzun müddətdir ki, Beynəlxalq İnkişaf Assosiasiyasının xəttilə Dünya Bankından güzəştli kredit almır, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında kredit cəlb edir.

Ölkə prezidentinin “Əhalinin özünəməşğulluğunu təmin etməyə dair əlavə tədbirlər haqqında” 2016-cı ildə imzaladığı sərəncama əsasən, həyata keçirilən özməşğulluq proqramı əmək məhsuldarlığının, əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyənlərin çoxalmasına rəvac verir. Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev proqramın 2020-ci ildə 60 mindən artıq vətəndaşı əhatə edə, 15 minədək kiçik təsərrüfatın yaranmasına gətirib çıxara biləcəyini, gələn il İşsizlikdən Sığorta Fondunun hesabına bu proqrama 7 minə qədər, Dünya Bankının vəsaitləri hesabına daha 7-8 min ailənin cəlb olunmasının hədəfləndiyini bildirmişdi. 2018-ci ildə 6 min ailəni əhatə edən proqramın 2019-cu ildə 8-10 min ailəni əhatə edəcəyi gözlənilir.


Dünya Bankı Azərbaycanda özünəməşğulluq layihəsinə dəstək verəcək - EKSKLÜZİV

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Təhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıbYaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 77 nəfərə çatıbMDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçibGürcüstanda azərbaycanlıların yığcam yaşadığı qəsəbədə əməliyyat keçirilib, 1 qadın saxlanılıbAzərbaycanda beş rayonun qaz təchizatında fasilələr olacaqNazirlik: Azərbaycanda işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaqAzərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıbMN: Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulubSahil Babayev gələn il sosial müdafiəyə ayrılacaq vəsaitin məbləğini açıqlayıbTürkiyə ordusu "Barış pınarı" əməliyyatı çərçivəsində 653 terrorçunu zərərsizləşdiribFilippində güclü zəlzələ olub, ölənlər və xəsarət alanlar varABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfərə yola düşüblərMinsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər