Azərbaycanın bank sektoru aktivlərini 7%-dən çox artırıb

Azərbaycanın bank sektoru aktivlərini 7%-dən çox artırıb
  • 5-08-2019, 02:46
  • 201 dəfə oxunub
Reklam

Azərbaycanın bank sektorunun cəmi aktivləri bu il iyulun 1-nə 29 980,1 milyon manat təşkil edib.

İqtisad.Org ” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.

Bankların aktivlərinin 11 708,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 16,3% böyüyüb.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 5,4% artaraq 25 380,5 milyon manata, o cümlədən depozit portfeli 9,15% artaraq 18 831,2 milyon manata çatıb. Bunun 8 633,8 milyon manatı fiziki şəxslərin (illik müqayisədə 7,7% çox), 10 197,4 milyon manatı isə hüquqi şəxslərin (10,4% çox) depozitləridir.

İl ərzində bank sektoru Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini 52,7% azaldaraq 207,7 milyon manata endirib, cəmi kapitalını isə 17,8% artıraraq 4 599,6 milyon manata çatdırıb.


Azərbaycanın bank sektoru aktivlərini 7%-dən çox artırıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyübDövlət Neft Fondu 651 min manatlıq proqram təminatı alırLukaşenko növbəti prezident seçkilərində iştirak etmək niyyətindədirDaha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıbTrampın tibbi müayinəsinin nəticələri açıqlanıbBakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar varAzərbaycan yığması daha bir futbolçu itkisi ilə üzləşibParisdə "sarı jiletlilər"in aksiyalarına görə 29 metro, 5 qatar stansiyası bağlanıbSabah hava dəyişkən buludlu olacaq, bəzi ərazilərdə yağış, sulu qar yağacaqKİV: İranda etiraz aksiyalarında 25 nəfər həlak olubNaxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıbABŞ və Cənubi Koreya KXDR-ə görə birgə hərbi təlimləri təxirə salacaqBirinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edibErmənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozubAirbus 2030-cu ilə qədər ekoloji cəhətdən təmiz təyyarə hazırlaya bilərBakıda taksi sərxoş piyadanı vurub, vəziyyəti ağırdırAzərbaycan nefti bahalaşıbNaxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 2,6 dəfə artıbAzərbaycanda Milli Dirçəliş GünüdürSultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAMAlbert Aqarunovun heykəlinin açılışı olubSalyanda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir