İnternet oyunları uşaqları bu təhlükəli hərəkətlərə təhrik edir - Mütəxəssislər narahatdır

İnternet oyunları uşaqları bu təhlükəli hərəkətlərə təhrik edir - Mütəxəssislər narahatdır
  • 5-08-2019, 02:56
  • 195 dəfə oxunub
Reklam

Bu gün internetdə insanların psixologiyasına təsir edən kifayət qədər oyun var. Bunların bəziləri hətta insanı intihar səviyyəsinə çatdırmağa sövq edir. İnternet istifadəçiləri arasında uşaqların da olduğunu nəzərə alsaq, bu halın hansı təhlükəyə səbəb olacağını təsəvvür etmək çətin deyil. Hətta internetdən istifadə zamanı qarşımıza çıxan tövsiyə xarakterli oyunlar arasında insan psixologiyasına mənfi təsir etmək gücündə olanları da var.

Psixoloq Elmir Əkbərin sözlərinə görə, son vaxtlar kompüter, telefon və planşetlər daha əlçatan olduğu üçün bu problem daha da artıb:

“Çox sayda valideyn müraciət edərək uşaqlarının hər hansı kompüter oyunundan sonra çox aqressiv olduğunu bildirir. İkinci məsələ isə odur ki, bəzən onlar oyunlarda gördüklərini evdə balaca bacı-qardaşları üzərində, bir növ, eksperiment edirlər”.

Psixoloq bildirib ki, ümumiyyətlə, hazırda kompüterdən, internetdən asılılıq problemi var:

“Bəzi valideynlər uşaqları konsultasiyalara gətirib deyirlər ki, kompüteri, telefonu onların əlindən ala bilmirlər. Bu zaman uşaqlar aqressiv olur, sındırır, dağıdır və s. Narkotikdən, spirtli içkidən olduğu kimi, kompüter oyunlarından, internetdən da asılılıq yaranması mümkündür. Çox yaxşı olar ki, bu vəziyyətdə uşaqları mütəxəssislərə, psixoterapevtlərə, klinik psixoloqlara göstərsinlər. Valideynlərin də uşaqlar üçün nəzərdə tutulmuş psixoloji təlimlərdə iştirak etməsi yaxşı olardı. Qoy uşaqla münasibətin qurulması formasından xəbərləri olsun.

Çalışmaq lazımdır ki, uşaq asudə vaxtını daha xeyirli, faydalı işlərə sərf etsin. Şahmat oynamaq, xarici dil kursları, dərnəklər, rəqs, üzgüçülük bu cəhətdən çox faydalıdır. Bundan başqa, maraqlı hobbilər tapmaq olar: uşaqda bitkilərə, heyvanlara qarşı sevgi aşılamaq lazımdır”.


İnternet oyunları uşaqları bu təhlükəli hərəkətlərə təhrik edir - Mütəxəssislər narahatdır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda 50 ədəd kömür kisəsi yanıbNaxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilibTürkiyə ordusunun 3 əsgəri şəhid olubAzərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcəkSabah 35 dərəcəyədək isti olacaqRusiyada meşə yanğınlarının sahəsi genişlənibABŞ-da ilk sualtı kitabxanalar yaradılıbİsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olubGömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıbTürkiyə İraqın şimalında yeni hərbi əməliyyata başlayıbAzərbaycan nefti 1 dollardan çox ucuzlaşıb“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəkŞəki və Xızıda yanğınlar söndürülübHirkan Milli Parkının ərazisində yanğın tam söndürülübErməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 19 dəfə pozubAzərbaycan ilk dəfə olaraq akrobatika üzrə dünya çempionatına ev sahibliyi edəcəkABŞ rəhbəri Çinlə danışıqlara hazır olduğunu bildiribXəzərdə zəlzələ olubCənubi Koreya KXDR-i yarımadada gərginliyi artırmamağa çağırıbAzərbaycanda separatçılığı təbliğ edən şəxs Rusiyada saxlanılıbŞəkinin Aşağı Göynük-Baş Göynük və digər kəndlərində meşə yanğınları baş verir. - YANĞIN DAVAM EDİR.Yunanıstanda sığınacaq verilməsinə dair rəsmi işlər sadələşdiriləcək