DİM: 60 minə yaxın abituriyent ərizəsini təsdiq edib

DİM: 60 minə yaxın abituriyent ərizəsini təsdiq edib
  • 6-08-2019, 13:06
  • 26 dəfə oxunub
Reklam

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən "İqtisad.Org"a verilən məlumata görə, I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

V ixtisas qrupu üzrə isə 5163 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmişdir.

Bu gün saat 10.45-ə olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 57062 abituriyent (o cümlədən 10915 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 593 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər ixtisas seçimi edib ərizələrini təsdiq etməlidirlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmuş abituriyentlər də məlumdur. Bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiyadası, 22 nəfər respublika fənn olimpiyadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan Internatıonal Baccalaureate təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.

SAT imtahanının nəticələrinə əsasən 104 abituriyent ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.


DİM: 60 minə yaxın abituriyent ərizəsini təsdiq edib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyübDövlət Neft Fondu 651 min manatlıq proqram təminatı alırLukaşenko növbəti prezident seçkilərində iştirak etmək niyyətindədirDaha 4 ölkə AVRO-2020-yə vəsiqə qazanıbTrampın tibbi müayinəsinin nəticələri açıqlanıbBakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar varAzərbaycan yığması daha bir futbolçu itkisi ilə üzləşibParisdə "sarı jiletlilər"in aksiyalarına görə 29 metro, 5 qatar stansiyası bağlanıbSabah hava dəyişkən buludlu olacaq, bəzi ərazilərdə yağış, sulu qar yağacaqKİV: İranda etiraz aksiyalarında 25 nəfər həlak olubNaxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıbABŞ və Cənubi Koreya KXDR-ə görə birgə hərbi təlimləri təxirə salacaqBirinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edibErmənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozubAirbus 2030-cu ilə qədər ekoloji cəhətdən təmiz təyyarə hazırlaya bilərBakıda taksi sərxoş piyadanı vurub, vəziyyəti ağırdırAzərbaycan nefti bahalaşıbNaxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 2,6 dəfə artıbAzərbaycanda Milli Dirçəliş GünüdürSultan Dadaşov “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAMAlbert Aqarunovun heykəlinin açılışı olubSalyanda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir